Satınalma üzrə mütəxəssis
Galeon Seafood MMCBakıda satınalma üzrə mütəxəssis vakansiyası
Maaş: 700 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 16 noyabr 2026
- Baxış
- 709
- Müraciət
- 31
- Son müraciət tarixi
- 16 dekabr 2026
- Kateqoriya
- Logistika, Anbar və Təchizat
Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə iş elanları
Vakansiya haqqında
Galeon Seafood MMC Bakıda satınalma üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 700 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri
Onlayn satış platformasının idarə edilməsi
- Platformada məhsul çeşidlərinin, qiymətlərin, kateqoriyaların və şəkillərin yoxlanılması;
- Yeni məhsulların platformaya əlavə edilməsi;
- Satışdan çıxarılan məhsulların platformadan silinməsi;
- Məhsul məlumatlarının aktuallığına və düzgünlüyünə nəzarət etmək.
Məhsul məlumatları və etiketləmə
- Məhsul məlumatlarının Azərbaycan dilinə tərcümə edilməsi;
- Məhsul adlarının, tərkibinin və digər məlumatların düzgün hazırlanması;
- Məhsul etiketlərinin hazırlanması və çap edilməsi.
1C proqramı üzrə əməliyyatlar
- Yeni daxil olan məhsulların 1C sisteminə əlavə edilməsi;
- Məhsul adlarının, kodlarının və digər zəruri məlumatların sistemdə qeydiyyata alınması;
- Məhsul məlumatlarının düzgünlüyünə nəzarət etmək.
AQTA sənədləri və sertifikatlara nəzarət
- Məhsullara aid müvafiq sertifikat və sənədlərin yoxlanılması;
- AQTA tələblərinə uyğun sənədlərin mövcudluğuna nəzarət etmək;
- Sənədlərin uyğunluğunu və etibarlılıq müddətlərini izləmək.
Satış prosesinə dəstək
- Satış əməkdaşlarına gündəlik iş prosesində dəstək göstərmək;
- Məhsullarla bağlı yaranan məsələlərin operativ həllinə kömək etmək;
- Müvafiq struktur bölmələrlə koordinasiyalı işləmək.
Namizədə dair tələblər
- Yaş həddi: 22–35;
- Ali təhsil;
- Təcrübə min 1 il;
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- 1C proqramı üzrə biliklər;
- Azərbaycan dilində düzgün yazı və tərcümə bacarığı;
- Analitik düşünmə və təşkilatçılıq qabiliyyəti;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur
- Satınalma və təchizat sahəsində iş təcrübəsi;
- Onlayn satış platformaları ilə iş təcrübəsi;
- Qida və dəniz məhsulları sektorunda təcrübə;
- Məhsul sənədləşməsi və sertifikatlarla iş təcrübəsi.
İş şəraiti
- Əmək haqqı: 700 AZN;
- İş rejimi: 6 günlük iş həftəsi;
- Rəsmi əmək müqaviləsi;
- İş yeri: Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi 70–72.
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.