Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Anbar Yoxlama və Nəzarət Bölməsinin Rəhbəri

AT GeotechXırdalanda anbar yoxlama və nəzarət bölməsinin rəhbəri vakansiyası

Maaş: 800 ₼-dən / ay

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
21 sentyabr 2026
Baxış
680
Müraciət
41
Son müraciət tarixi
20 dekabr 2026

Xırdalan şəhərində Logistika, Anbar və Təchizat üzrə iş elanları

Vakansiya haqqında

AT Geotech Xırdalanda «Anbar Yoxlama və Nəzarət Bölməsinin Rəhbəri» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş, maaş 800 AZN. Vakansiyada 18 vəzifə göstərilib; müraciət e-poçtla, birbaşa işəgötürənə.

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Anbar Yoxlama və Nəzarət Bölməsinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan olunur.

İş şəraiti

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Vəzifə öhdəlikləri

  • Anbar Menecerinin tapşırıqları əsasında yoxlama planını hazırlamaq və icrasını təşkil etmək;
  • Bölmə əməkdaşları arasında iş bölgüsünü aparmaq və onların fəaliyyətinə nəzarət etmək;
  • Mərkəzi anbar, layihə anbarları və layihə sahələrində aparılan yoxlama proseslərinə rəhbərlik etmək;
  • Fiziki anbar qalıqlarının ERP sistemindəki məlumatlarla uyğunluğunu yoxlamaq;
  • Məhsulların layihələrə və sahələrə düzgün verilməsinə nəzarət etmək;
  • Məhsul hərəkətlərinin müvafiq sənədlər əsasında rəsmiləşdirilməsini yoxlamaq;
  • SRF, PRF, təhvil-təslim və digər sənədlərdəki məlumatları faktiki məhsul hərəkətləri ilə müqayisə etmək;
  • Sistem və fiziki qalıqlar arasında yaranan fərqləri, artıq və əskik məhsulları, eləcə də sistemdə düzgün əks olunmayan məlumatları müəyyən etmək;
  • Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin araşdırılmasını təşkil etmək və onların aradan qaldırılması üzrə tədbirlərin icrasına nəzarət etmək;
  • Aparılan yoxlamaların nəticələrini ümumiləşdirmək, gündəlik, həftəlik və zəruri hallarda aylıq hesabatlar hazırlamaq;
  • Yoxlama nəticələri və aşkar edilmiş problemlər barədə birbaşa Anbar Menecerinə məlumat vermək;
  • Anbar Menecerinin digər yoxlama və nəzarət tapşırıqlarını yerinə yetirmək.

Namizədə dair tələblər:

  • Anbar təsərrüfatı, inventarizasiya və ya müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
  • Ezamiyyətlərdə iştirak etmək imkanı və ezamiyyətə açıq olmaq;
  • MS Office proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı;
  • Analitik düşünmə, məlumatları təhlil etmə və hesabat hazırlama bacarığı;
  • Yüksək məsuliyyətlilik, diqqətlilik və punktuallıq;
  • Komanda idarəetmə və təşkilatçılıq bacarıqları.

AT Geotech şirkətinin digər vakansiyaları

AT Geotech vakansiyaları

AT Geotech haqqında

Aktiv vakansiya
4
Son 6 ayda
37
Əsas şəhər
Xırdalan

Kimləri axtarır

  • tender üzrə mütəxəssis
  • tərcüməçi
  • anbar işçisi

AT Geotech vakansiyaları: hazırda GoJob-da 4 aktiv vakansiya var, ən çoxu Xırdalanda. Şirkət əsasən tender üzrə mütəxəssis, tərcüməçi və anbar işçisi vəzifələrinə işçi axtarır. Son 6 ayda AT Geotech şirkətində iş üçün 37 vakansiya dərc olunub. AT Geotech vakansiyalarında maaş adətən 558–1 000 AZN arasındadır. AT Geotech işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

AT Geotech: bütün vakansiyalar (4)

«Anbar Yoxlama və Nəzarət Bölməsinin Rəhbəri» vakansiyası haqqında suallar

AT Geotech hansı şərtləri təklif edir?

  • İş yeri: Xırdalan şəhəri
  • İş qrafiki: 5 günlük, 09:00–18:00
  • Əməkhaqqı: 800–1000 AZN

Bu vəzifədə nə iş görəcəksiniz?

  • Anbar Menecerinin tapşırıqları əsasında yoxlama planını hazırlamaq və icrasını təşkil etmək;
  • Bölmə əməkdaşları arasında iş bölgüsünü aparmaq və onların fəaliyyətinə nəzarət etmək;
  • Mərkəzi anbar, layihə anbarları və layihə sahələrində aparılan yoxlama proseslərinə rəhbərlik etmək;

Hamısı: «Vəzifə öhdəlikləri»

Maaş nə qədərdir?

800 ₼-dən / ay.

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat; iş saatları: 09:00–18:00.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Xırdalan, Abşeron.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.