Əsas məzmuna keç
GoJob

Anbardar (Zirə)

Buta AgroBakıda anbardar vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
21 oktyabr 2026
Son müraciət tarixi
20 noyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

Buta Agro Bakıda anbardar axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təcili olaraq aşağıdakı şərtlər üzrə “Anbardar” (Zirə) tələb olunur.

İş şəraiti

  • İş yeri: Bakı, Zirə qəsəbəsi, İstixana kompleksi
  • İş saatı: Həftədə 6 gün 
  • Əmək haqqı: 1000-1200 Azn 

Vəzifə öhdəlikləri

  • Yüklərin anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin edir;
  • Yükü idxal anbarına qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə yükün qəbulunu təsdiqləyir;
  • Transfer yükün qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlayır;
  • Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlayır və Logo sisteminə işlənməsini təmin edir;
  • Anbarda olan yüklərin siyahısını tərtib edir;
  • Yüklərin anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirir, markalanmanın düzgünlüyünü yoxlayır;
  • Yüklərin xüsusiyyətindən asılı olaraq növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri üzrə bölüşdürülməklə, anbarda əl və ya alətlər, xüsusi mexanizmlər vasitəsi ilə saxlanılma yerlərində düzgün yerləşdirilməni təşkil edir;
  • Sənədlərində heç bir çatışmazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul edir və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil edir;
  • Anbardan sahəhələrə və məsul şəxslərə verilən əsas vəsaitlərin, azqiymətlilərin və s. materialların uçotunu aparır;
  • Vaxtaşırı sahədə və məsul şəxslərdə olan material qiymətlilərinin vəziyyəti barədə məlumatlar və hesabat sənədləşdirməsini aparır.

İş təcrübəsi

  • Minimum 1 il Anbardar vəzifəsi üzrə təcrübə. 

Bacarıq və səriştələr

  • Logo Tiger üzrə işləyə bilmə bacarığı
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik;
  • Ms. Office programları, Excell orta səviyyədə.

Təminatlar

  • Koroğlu metrosundan iş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma; 
  • Nahar təmin edilir.

Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Anbardar (zirə qəsəbəsi)” qeyd etməyi unutmayın.

Buta Agro şirkətinin digər vakansiyaları

Buta Agro vakansiyaları