Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Müraciət müddəti bitib · 22 oktyabr 2026

Oxşar vakansiyalar

Aqronom - Qarabağ təsərrüfatı

Agro Dairy LLCBakıda aqronom vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
22 sentyabr 2026

Bakı şəhərində İstehsalat və Kənd Təsərrüfatı üzrə iş elanları

Vakansiya haqqında

Agro Dairy LLC Bakıda aqronom axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

  • Torpağın hazırlanması, gübrələmə, toxum səpilməsi, çiləmə, becərmə və məhsul yığımı proseslərinin şirkət standartlarına uyğun icrasına nəzarət etmək;
  • Bitkilərin inkişafını izləmək, məhsuldarlığın artırılması məqsədilə aqrotexniki tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Zərərvericilər və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin planlaşdırılması və icrasında dəstək göstərmək;
  • Torpağın tərkibi, qida maddələrinin səviyyəsi və məhsuldarlıq göstəriciləri üzrə məlumat toplamaq, təhlil etmək və müvafiq tövsiyələrin hazırlanmasına dəstək vermək;
  • Sahələrdə müntəzəm monitorinqlər aparmaq, müşahidələri qeydiyyata almaq və rəhbərliyə hesabat təqdim etmək;
  • Toxum, gübrə və bitki mühafizə vasitələrinin düzgün saxlanılması və istifadəsinə nəzarət etmək.

Tələblər

  • Aqronomluq, aqrar mühəndislik və ya əlaqəli ixtisas üzrə ali təhsil
  • Kənd təsərrüfatı sahəsində 2+ il iş təcrübəsi arzuolunandır
  • Bitkilərin becərilməsi, inkişaf mərhələləri və məhsuldarlığın artırılması üzrə biliklər
  • Torpağın analizi, gübrələmə və bitki qidalanması üzrə praktiki bilik
  • Bitki xəstəlikləri və zərərvericilərin müəyyənləşdirilməsi və mübarizə üsullarını bilməsi
  • Pestisid, herbisid, fungisid və digər aqrokimyəvi vasitələrin düzgün tətbiqi barədə məlumat
  • Suvarma və əkin sahələrinin idarə olunması üzrə təcrübə
  • Əkin, səpin, gübrələmə və məhsul yığım proseslərinə nəzarət edə bilmək
  • Sahədə işləməyə və mütəmadi monitorinq aparmağa uyğun olmaq
  • MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı
  • Hesabat hazırlamaq və sahə məlumatlarını düzgün qeydiyyata almaq bacarığı
  • Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə
  • Komandada işləmək və sahə işçiləri ilə düzgün kommunikasiya qurmaq bacarığı
  • Azərbaycan dili biliyi; rus və ya ingilis dili bilməsi üstünlükdür
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Agro Dairy LLC şirkətinin digər vakansiyaları

Agro Dairy LLC vakansiyaları