Əsas məzmuna keç
GoJob

Avtomatika Mühəndisi

Grand-Agro MMCBakıda avtomatika mühəndisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Xəzər
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
25 sentyabr 2026
Son müraciət tarixi
25 oktyabr 2026

Bakı şəhərində Sənaye və Kənd Təsərrüfatı üzrə vakansiyalar

Vakansiya haqqında

Grand-Agro MMC Bakıda «Avtomatika Mühəndisi» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

  • PLC, SCADA, HMI, uzaq giriş-çıxış modulları və sənaye rabitə sistemlərinin etibarlı işini təmin etmək;
  • Temperatur, təzyiq, sərf, səviyyə, çəki və digər ölçü cihazlarının istismarına və texniki vəziyyətinə nəzarət etmək;
  • Klapan, aktuator, sensor, tezlik çeviricisi və digər avtomatika avadanlıqlarının düzgün işləməsini təmin etmək;
  • Avtomatika sistemlərinin layihə, quraşdırma, sazlama və işə salınması proseslərində iştirak etmək;
  • Avtomatika arxitekturasını, giriş-çıxış siyahılarını, P&ID və idarəetmə sxemlərini yoxlamaq;
  • FAT, SAT, loop check, kalibrasiya və funksional sınaqların həyata keçirilməsini təşkil etmək və nəticələrə nəzarət etmək;
  • Start icazələri, bloklamalar, qəza dayandırmaları, xəbərdarlıqlar və qoruma funksiyalarını test etmək;
  • PLC, SCADA və HMI proqramlarının ehtiyat nüsxələrinin, versiyalarının və texniki sənədlərinin idarə edilməsini təmin etmək;
  • Avtomatika nasazlıqlarını, rabitə kəsilmələrini və ölçü xətalarını araşdırmaq, kök səbəbləri müəyyən etmək və aradan qaldırılmasını təmin etmək;
  • Ölçü cihazlarının kalibrasiya qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;
  • Proqram dəyişikliklərini təsdiq edilmiş prosedurlara uyğun həyata keçirmək və dəyişiklikləri sənədləşdirmək;
  • Avtomatika üzrə kritik ehtiyat hissələrinin siyahısını və minimum ehtiyat səviyyəsini müəyyən etmək;
  • Avtomatika sistemlərinin vəziyyəti, nasazlıqlar və görülən işlər üzrə hesabatlar hazırlamaq.

Grand-Agro MMC şirkətinin digər vakansiyaları

Grand-Agro MMC vakansiyaları