Baş mexanik
Grand-Agro MMCBakıda mexanik vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
Vakansiya haqqında
Grand-Agro MMC Bakıda mexanik axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
- İstehsalat xəttinin mexaniki avadanlıqları, konveyerlər, nasoslar, reduktorlar, çənlər, borulama və digər mexaniki sistemlərin etibarlı istismarını təmin etmək;
- Qazanxana, çiller, kompressor, sıxılmış hava, su, drenaj və digər köməkçi mexaniki sistemlərin işinə nəzarət etmək;
- Mexaniki avadanlıqlar üzrə planlı texniki xidmət və təmir qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;
- Avadanlıqların yağlama, vibrasiya, temperatur, sızma, bərkidilmə və digər texniki göstəricilərinin yoxlanılmasını təşkil etmək;
- Mexaniki nasazlıqları araşdırmaq, kök səbəbləri müəyyən etmək və təkrar nasazlıqların qarşısının alınması üzrə tədbirlər görmək;
- Mexanik və texniki heyətin gündəlik işini təşkil etmək, tapşırıqlar vermək və görülən işlərin keyfiyyətinə nəzarət etmək;
- Podratçı, servis və təchizatçıların işlərini koordinasiya etmək və görülən işləri qəbul etmək;
- Kritik ehtiyat hissələrinin minimum ehtiyat səviyyəsini müəyyən etmək və satınalma tələblərini hazırlamaq;
- Təzyiqli sistemlər, fırlanan avadanlıqlar, isti səthlər və digər riskli işlər üzrə təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət etmək;
- Yeni layihələrdə mexaniki avadanlıqların, borulama sistemlərinin və digər qurğuların layihə tələblərinə uyğunluğunu yoxlamaq;
- Avadanlıqların quraşdırılması, sınaqdan keçirilməsi və işə salınması proseslərini koordinasiya etmək;
- Mexaniki avadanlıqların reyestri, texniki sənədləri, xidmət və təmir qrafiklərinin aktual saxlanılmasını təmin etmək.