Əsas məzmuna keç
GoJob

Baytar həkim (Kürdəmir)

Azersun HoldingBakıda baytar həkim vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
2 oktyabr 2026
Son müraciət tarixi
1 noyabr 2026

Bakı şəhərində Sənaye və Kənd Təsərrüfatı üzrə vakansiyalar

Vakansiya haqqında

Azersun Holding Bakıda baytar həkim axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifəyə tələblər:

  • Aidiyyati sahə üzrə ali təhsil;
  • Minimum 3 il iş təcrübəsi;
  • Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar verməyi bacarmalı.

Vəzifə öhdəlikləri:

  • Heyvanların vaksinasiyasını sistemli və müəyyən edilmiş qrafikə uyğun həyata keçirmək;
  • Heyvanların sağlamlıq vəziyyətini gündəlik olaraq yoxlamaq və nəzarətdə saxlamaq;
  • Xəstə heyvanların baxımını və müalicəsini həyata keçirmək;
  • Heyvanların xəstəliklərdən qorunması məqsədilə qabaqlayıcı tədbirlər görmək;
  • Xəstəliklərin yaranma səbəblərini araşdırmaq və müvafiq tədbirlər həyata keçirmək;
  • Xəstəliklərin, aparılan müalicələrin və vaksinasiyaların uçotunu və qeydiyyatını düzgün aparmaq;
  • Xəstəliyin səbəbinin yemləmə ilə əlaqəli olduğu müəyyən edildikdə, zootexniklə məsləhətləşərək heyvanlar üçün yeni rasionların hazırlanmasını təmin etmək;
  • Xəstə heyvanların karantin rejiminə və müvafiq baytarlıq tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Heyvanların doğuş proseslərini həyata keçirmək, doğuşdan əvvəl və doğuşdan sonra müvafiq baytarlıq xidmətlərini və müalicə tədbirlərini icra etmək.

İş vaxtının norması:

  • 6 günlük iş rejimi.
  • İstirahət günü: Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Razılaşma yolu ilə.
  • Nahar şirkət tərəfindən təmin edilir.

İş Yeri: 

  • Kürdəmir rayonu.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Baytar həkim (Kürdəmir)” qeyd etməyiniz xahiş olunur.

Azersun Holding şirkətinin digər vakansiyaları

Azersun Holding vakansiyaları