Əsas məzmuna keç
GoJob

Sahə rəisi

Azersun HoldingBakıda sahə rəisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
20 oktyabr 2026
Son müraciət tarixi
19 noyabr 2026

Bakı şəhərində Sənaye və Kənd Təsərrüfatı üzrə vakansiyalar

Vakansiya haqqında

Azersun Holding Bakıda sahə rəisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifəyə tələblər:

  • Aqronomluq və ya kənd təsərrüfatı sahəsi üzrə müvafiq ixtisasda ali təhsil;
  • Kənd təsərrüfatı istehsalı və idarəetmə sahəsində minimum 5 il iş təcrübəsi; rəhbər vəzifədə iş təcrübəsi arzuolunandır;
  • Komandanın idarə edilməsi, iş bölgüsünün aparılması, qərarların qəbul edilməsi, tapşırıqların icrasına nəzarət və münaqişələrin effektiv həlli bacarığı;
  • Kənd təsərrüfatı istehsalının planlaşdırılması, aqrotexniki proseslər, büdcə və resursların idarə edilməsi, istehsal göstəricilərinin təhlili üzrə bilik və bacarıqlar;
  • Yüksək liderlik, təşkilatçılıq, analitik düşünmə, ünsiyyət və qərarvermə bacarıqları, məsuliyyətlilik və nəticəyönümlülük;
  • MS Office proqramlarından istifadə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin kənd təsərrüfatı fəaliyyətinin ümumi idarə edilməsini təşkil etmək, istehsal proseslərini planlaşdırmaq və onların icrasına nəzarət etmək;
  • Əkin dövriyyəsi, becəriləcək məhsul növləri, əkin sahələrinin bölgüsü və istehsal həcmləri üzrə təklifləri nəzərdən keçirmək və təsdiq üçün rəhbərliyə təqdim etmək;
  • Baş aqronom tərəfindən təqdim olunan istehsal proqnozlarını, məhsuldarlıq göstəricilərini və aqrotexniki tədbirlər planlarını təhlil etmək, zəruri təkmilləşdirmələrlə bağlı təkliflər vermək;
  • Müəssisənin illik, mövsümi, aylıq və gündəlik istehsal planlarının hazırlanmasını təşkil etmək və təsdiq edilmiş planların icrasına nəzarət etmək;
  • Məhsuldarlığın artırılması, istehsal xərclərinin optimallaşdırılması və əmək məhsuldarlığının yüksəldilməsi məqsədilə tədbirlər hazırlamaq və onların icrasını təmin etmək;
  • Əməkdaşların davamiyyətinə, iş vaxtından səmərəli istifadəsinə və əmək intizamına nəzarət etmək, aşkar edilmiş pozuntular barədə müəyyən edilmiş qaydada aidiyyəti struktur bölmələrə məlumat vermək;
  • İstehsal planlarına uyğun olaraq büdcə layihələrinin və əməliyyat xərclərinin hesablanması prosesində iştirak etmək, resurslardan səmərəli istifadəyə nəzarət etmək;
  • Müəssisənin istehsal fəaliyyəti üzrə gündəlik, həftəlik, aylıq, mövsümi və illik hesabatların hazırlanmasını təşkil etmək, istehsal göstəricilərinin təhlilini təmin etmək.

İş şəraiti

  • İş ünvanı: Qubadlı
  • İş qrafiki: 5 günlük, bazar ertəsi-cümə günləri 09:00-18:00
  • Nahar və qalacaq yer şirkət tərəfindən təmin edilir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Sahə rəisi” qeyd etməyiniz xahiş olunur.

Azersun Holding şirkətinin digər vakansiyaları

Azersun Holding vakansiyaları