Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Müraciət müddəti bitib · 22 oktyabr 2026

Oxşar vakansiyalar

Beynəlxalq kommunikasiya üzrə mütəxəssis

Head Start Career DevelopmentBakıda beynəlxalq kommunikasiya üzrə mütəxəssis vakansiyası

Maaş: 2.500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
23 sentyabr 2026

Bakı şəhərində Marketinq və PR üzrə iş elanları

Vakansiya haqqında

Head Start Career Development Bakıda «Beynəlxalq kommunikasiya üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 2 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • İş yeri: Bakı
  • İş qrafiki: Tam iş günü
  • Əmək müqaviləsi: Rəsmi

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. 

Əmək haqqı: 2500-2800 AZN (Namizədə görə arta bilər.)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil;
  • Beynəlxalq kommunikasiya, ictimai əlaqələr və ya əlaqəli sahədə iş təcrübəsi;
  • İngilis və rus dillərini yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rəsmi və diplomatik yazışma qaydalarını bilmək;
  • Beynəlxalq gündəm və qlobal kommunikasiya prosesləri barədə məlumatlılıq;
  • Analitik düşüncə və güclü tədqiqat bacarıqları;
  • Peşəkar mətn və təqdimat hazırlamaq bacarığı;
  • Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları;
  • MS Office proqramlarında yaxşı işləmək bacarığı;
  • Detallara diqqətli, məsuliyyətli və nəticəyönümlü olmaq.

Vəzifə öhdəlikləri

  • Qurumun beynəlxalq kommunikasiya fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
  • Xarici tərəfdaşlar, beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər və digər qurumlarla kommunikasiya proseslərini koordinasiya etmək;
  • Beynəlxalq auditoriya üçün kommunikasiya materialları, press-relizlər, təqdimatlar, məlumat məktubları və digər sənədlər hazırlamaq;
  • Qurumun beynəlxalq platformalarda və tədbirlərdə kommunikasiya fəaliyyətinə dəstək göstərmək;
  • Xarici mediada və beynəlxalq informasiya resurslarında qurumla bağlı məlumatları monitorinq etmək;
  • Beynəlxalq gündəmi və kommunikasiya trendlərini izləmək və müvafiq məlumatları təhlil etmək;
  • Beynəlxalq tədbirlərin, görüşlərin, forumların və konfransların təşkilində iştirak etmək;
  • Xarici tərəfdaşlarla rəsmi yazışmaları və kommunikasiya proseslərini həyata keçirmək;
  • Qurumun beynəlxalq imicinin və institusional kommunikasiya strategiyasının inkişafına töhfə vermək;
  • Beynəlxalq əməkdaşlıq layihələri çərçivəsində kommunikasiya planlarının hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik üçün analitik və kommunikasiya xarakterli hesabatlar hazırlamaq.

Head Start Career Development şirkətinin digər vakansiyaları

Head Start Career Development vakansiyaları