Kreativ və Rəqəmsal Marketinq üzrə Rəhbər
Deluxe Residence MTKBakıda rəqəmsal marketinq üzrə mütəxəssis vakansiyası
Maaş: 4.000 ₼-dən / ay
Orta maaş: 800 AZN
- Yerləşmə
- Bakı, Yasamal
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 23 noyabr 2026
- Baxış
- 642
- Müraciət
- 55
- Son müraciət tarixi
- 23 dekabr 2026
- Kateqoriya
- Marketinq və PR
Vakansiya haqqında
Deluxe Residence MTK Bakının Yasamal rayonunda rəqəmsal marketinq üzrə mütəxəssis axtarır. Tam ştat, ofisdə iş, maaş 4 000 AZN. Müraciət e-poçtla, birbaşa işəgötürənə.
Kreativ düşüncəni analitik yanaşma ilə birləşdirən, daxili kreativ komandaya rəhbərlik edəcək və rəqəmsal marketinq fəaliyyətinin strategiyasına, icrasına və nəticələrinə görə məsuliyyət daşıyacaq təcrübəli lider axtarırıq.
Əsas vəzifə və məsuliyyətlər
1. Komandanın idarə olunması
- Akkaunt menecer, SMM mütəxəssisləri, dizayner, kopirayter və digər kreativ komanda üzvlərinin fəaliyyətini koordinasiya etmək
- İş bölgüsünü, prioritetləri, icra müddətlərini və keyfiyyət standartlarını müəyyənləşdirmək
- Komandanın məhsuldarlığını qiymətləndirmək, inkişafını və motivasiyasını təmin etmək
2. Marketinq strategiyası və planlaşdırma
- Şirkətin layihələri üzrə rəqəmsal marketinq strategiyalarını hazırlamaq və həyata keçirmək
- Bazar, rəqib və hədəf auditoriya araşdırmalarını təşkil etmək
- Layihələr üzrə kampaniya planları və kommunikasiya istiqamətlərini müəyyənləşdirmək
- Rəqəmsal trendləri izləmək və brendin kommunikasiya strategiyasına uyğun tətbiq etmək
3. Performance marketinq və reklam büdcəsi
- Rəqəmsal reklam büdcəsini planlaşdırmaq, kanallar üzrə bölüşdürmək və effektiv idarə etmək
- Google Ads, Meta Ads, TikTok Ads və digər platformalarda reklam kampaniyalarının qurulmasına və optimallaşdırılmasına rəhbərlik etmək
- CPL, CPA, keyfiyyətli lead, konversiya və digər əsas KPI-ların icrasını təmin etmək
- Yeni reklam platformalarını və alətlərini araşdırmaq, effektivliyini test etmək
- Marketinq xərclərinin kommersiya nəticələrinə təsirini təhlil etmək
4. Analitika və texniki nəzarət
- Google Analytics 4, Google Tag Manager, Meta Pixel və Conversion API kimi analitika və izləmə sistemlərinin düzgün işləməsini təmin etmək
- Reklam platformaları və CRM məlumatları əsasında kampaniyaların nəticələrini təhlil etmək
- Müntəzəm performans hesabatları hazırlamaq və optimallaşdırma təklifləri vermək
- A/B testlərini planlaşdırmaq və nəticələr əsasında kampaniyaları təkmilləşdirmək
5. Influencer marketinq
- Brendə uyğun influencer və kontent yaradıcılarını müəyyənləşdirmək
- Əməkdaşlıq şərtləri üzrə danışıqlar aparmaq
- Influencer kampaniyalarının planlaşdırılmasını, icrasını və nəticələrinin ölçülməsini idarə etmək
6. Kreativ istiqamət və kontent
- Reklam kampaniyalarının kreativ konsepsiyalarını formalaşdırmaq və komandanı istiqamətləndirmək
- Kampaniya ideyalarının brend mövqelənməsi və biznes hədəfləri ilə uyğunluğunu təmin etmək
- Video kontentlərin konsepsiya və ssenari hazırlanmasında iştirak etmək
- Foto və video çəkilişlərin kreativ istiqamətinə və icra keyfiyyətinə nəzarət etmək
- Kreativ ideyaları performans nəticələri əsasında inkişaf etdirmək
Namizədə tələblər
- Rəqəmsal marketinq sahəsində minimum 7 il iş təcrübəsi
- Komanda idarəetməsi və strateji planlaşdırma təcrübəsi
- Əhəmiyyətli reklam büdcələrinin idarə olunması və nəticəyönümlü kampaniyaların həyata keçirilməsi təcrübəsi
- Google Ads, Meta Ads, GA4, GTM, Meta Pixel və Conversion API üzrə güclü praktiki biliklər
- Reklam analitikası, KPI-lar və konversiya optimallaşdırılması üzrə təcrübə
- Influencer marketinq və kreativ kampaniyaların idarə edilməsi bacarığı
- Video kontent istehsalının əsas mərhələləri üzrə bilik və təcrübə
- Güclü strateji, analitik və kreativ düşüncə
- Liderlik, kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı
- Eyni vaxtda bir neçə layihəni və komandanı effektiv idarə etmək bacarığı
- Daşınmaz əmlak, premium məhsul və ya yüksək büdcəli xidmətlərin marketinqi üzrə təcrübə üstünlükdür.
Biz nə təklif edirik?
- 4 000 AZN-dən başlayan rəqabətqabiliyyətli əməkhaqqı
- Təcrübə və peşəkar kompetensiyalara uyğun fərdi əməkhaqqı təklifi
- Premium daşınmaz əmlak layihələrinin marketinq strategiyasına birbaşa təsir imkanı
- Daxili kreativ komandaya rəhbərlik etmək və genişmiqyaslı kampaniyalar üzərində işləmək
- Peşəkar inkişaf və təşəbbüslərin reallaşdırılması üçün imkanlar
Maraqlanan namizədlər CV-lərini, idarə etdikləri kampaniyalardan nümunələri və ölçülə bilən nəticələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Deluxe Residence MTK şirkətinin digər vakansiyaları
Deluxe Residence MTK vakansiyalarıOxşar vakansiyalar
Bakıda rəqəmsal marketinq üzrə mütəxəssis vakansiyasıMelissa Group, Bakı, Yasamal
Bakıda rəqəmsal marketinq üzrə mütəxəssis vakansiyasıNF Education, Bakı
Bakıda rəqəmsal marketinq üzrə mütəxəssis vakansiyasıİnterium.az, Bakı, Yasamal
Bakıda rəqəmsal marketinq üzrə mütəxəssis vakansiyasıSophie Couture, Bakı
Deluxe Residence MTK haqqında
- Aktiv vakansiya
- 2
- Son 6 ayda
- 21
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- inşaat mühəndisi
- rəqəmsal marketinq üzrə mütəxəssis
- formen
- SƏTƏM üzrə mütəxəssis
- satış təmsilçisi
Deluxe Residence MTK vakansiyaları: hazırda GoJob-da 2 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən inşaat mühəndisi, rəqəmsal marketinq üzrə mütəxəssis, formen, SƏTƏM üzrə mütəxəssis və satış təmsilçisi vəzifələrinə işçi axtarır. Son 6 ayda Deluxe Residence MTK şirkətində iş üçün 21 vakansiya dərc olunub. Deluxe Residence MTK vakansiyalarında maaş adətən 1 000–3 000 AZN arasındadır. Deluxe Residence MTK işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
Deluxe Residence MTK: bütün vakansiyalar (2)«Kreativ və Rəqəmsal Marketinq üzrə Rəhbər» vakansiyası haqqında suallar
Maaş nə qədərdir?
4.000 ₼-dən / ay. GoJob-da Bakıda rəqəmsal marketinq üzrə mütəxəssis vakansiyalarında orta maaş 800 AZN-dir (son 3 ayda 8 vakansiya). Bu vakansiyada 4 000 AZN təklif olunur — ortadan 400% yüksək.
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı, Yasamal.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.