Əsas məzmuna keç
GoJob

Satış və Biznesin inkişafı üzrə mütəxəssis

Zeon ERP MMCBakıda biznesin inkişafı üzrə menecer vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
27 sentyabr 2026
Son müraciət tarixi
28 oktyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Zeon ERP MMC Bakıda biznesin inkişafı üzrə menecer axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Hazırda məhsulumuzun bazara çıxış və aktiv satış mərhələsinə başlayırıq. Bu mərhələdə komandamıza ZEON-un müştəri bazasının formalaşdırılması və böyüdülməsində birbaşa iştirak edəcək Sales & Business Development Specialist axtarırıq.

Vəzifənin əsas məqsədi

  • ZEON-un potensial müştərilərini müəyyən etmək, travel şirkətlərinin biznes ehtiyaclarını anlamaq, məhsulu təqdim etmək və bütün B2B satış prosesini ilkin kontaktdan müqavilənin bağlanmasına qədər idarə etmək.

Əsas vəzifələr

  • Travel agentlikləri, tur operatorları, DMC-lər və digər potensial B2B müştərilərin müəyyən edilməsi və onlarla əlaqələrin qurulması;
  • Yeni satış imkanlarının və potensial müştərilərin aktiv şəkildə araşdırılması;
  • Şirkət rəhbərləri və qərarverici şəxslərlə görüşlərin təşkili;
  • ZEON platformasının online və fiziki təqdimatlarının və məhsul demolarının keçirilməsi;
  • Müştərinin ehtiyaclarına uyğun həllərin və kommersiya təkliflərinin təqdim edilməsi;
  • Danışıqların aparılması və satış prosesinin müqavilənin bağlanmasına qədər idarə edilməsi;

Namizədə tələblər

  • B2B satış və ya Biznesin inkişafı sahəsində təcrübə;
  • Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Satış prosesini müstəqil şəkildə idarə edə bilmək;
  • Azərbaycan, İngilis və rus dillərində danışıq bacarığı;
  • Təşəbbüskar, çevik və startup mühitində işləməyə açıq olmaq.

Üstünlük hesab olunur

  • Turizm sektorunda iş təcrübəsi və travel agentliklərinin biznes proseslərini bilmək;
  • ERP, CRM, SaaS və ya digər B2B texnologiya məhsullarının satışında təcrübə;

Biz nə təklif edirik?

  • Yeni TravelTech məhsulunun bazara çıxış mərhələsindən etibarən əsas komandanın bir hissəsi olmaq;
  • Rəqabətədavamlı əmək haqqı;
  • Satış nəticələrinə əsaslanan bonus və komissiya sistemi;
  • Azərbaycan bazarından başlayaraq regional bazarlara çıxan texnologiya məhsulu ilə işləmək;

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Mövzu: Sales & Business Development Specialist — ZEON

Oxşar vakansiyalar