Əsas məzmuna keç
GoJob

Layihələr üzrə Korporativ Satış Mütəxəssisi

Pro Con izo MMCBakıda korporativ satış üzrə mütəxəssis vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
24 oktyabr 2026
Son müraciət tarixi
23 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Pro Con izo MMC Bakının Nərimanov rayonunda korporativ satış üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İşin Məzmunu:

  • Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Şirkətin məhsul və xidmətlərinin təqdimatı, bazar araşdırmalarının aparılması və satış strategiyalarının hazırlanması;
  • Müştəri tələblərinin müəyyənləşdirilməsi, uyğun həllərin təklif edilməsi və müqavilələrin bağlanması;
  • Satış həcminin və keyfiyyətinin izlənilməsi, hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.

Tələblər:

  • Xanım namizəd;
  • Minimum 3 illik korporativ satış sahəsində (xüsusilə inşaat sahəsində) iş təcrübəsi;
  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili (üstünlükdür);
  • MS Office proqramı bilikləri;
  • Yüksək səviyyədə kommunikasiya və satış bacarıqları.

İş Şəraiti:       

  • İş qrafiki: 6 günlük iş qrafiki (Şənbə: 09:00-dan 13:00-dək);
  • Əmək haqqı: 1000 AZN + (əlavə olaraq satışdan yüksək faiz);
  • İş yeri: N.Nərimanov rayonu, A.Aqarunov 3-9.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Pro Con izo MMC şirkətinin digər vakansiyaları

Pro Con izo MMC vakansiyaları