Əsas məzmuna keç
GoJob

Çağrı mərkəzi operatoru

FastNet Technology MMCBakıda çağrı mərkəzi operatoru vakansiyası

Maaş: 500 ₼-dən / ay

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
19 oktyabr 2026
Son müraciət tarixi
18 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

FastNet Technology MMC Bakının Nərimanov rayonunda çağrı mərkəzi operatoru axtarır. Tam ştat, maaş 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri

  • Telefon və ya şirkətin sosial şəbəkə səhifələri üzərindən daxil olan zəng və müraciətləri vaxtında və müəyyən edilmiş qaydalara uyğun cavablandırır;
  • Müraciət edənlərə Şirkət tərəfindən göstərilən xidmətlərlə bağlı lazımi məlumatlar, məsləhətlər və istiqamətlər verir;
  • İlkin texniki dəstək xidmətlərini yerinə yetirir;
  • Çağrı mərkəzinə daxil olan şikayət, təklif və tövsiyələri qəbul edir, dinləyir, sualları operativ cavablandırır, qarşıya çıxmış problemin operativ həlli məqsədilə müraciət edənləri aidiyyəti struktur və ya şəxslərlə əlaqələndirir;
  • Çağrı mərkəzinə daxil olan müraciətlərin daxili sistemdə qeydiyyatını aparır, zənglərin elektron reyestrini işləyib hazırlayır və idarə edir;
  • Qeydiyyata alınmış müraciətləri vaxtında həll edir və zərurət olduğu halda geridönüş zənglərini yerinə yetirir;
  • Müraciət edənlərlə qanunvericiliyə və biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyət qurur;

Namizədə dair tələblər:

  • Azərbaycan və Rus dillərində danışıq;
  • Yüksək ünsiyyət qurma bacarığı;
  • Ofis avadanlıqları ilə işləmə bacarığı;
  • Öyrənməyə meyilli;
  • Yaş həddi: 24-45.

İş şəraiti:

  • Əmək haqqı: 500-650 AZN;
  • Azərbaycan Respublikası ƏM-ə uyğun işə qəbul;
  • İş qrafiki: Növbəli (gündüz və gecə növbəsi).

Müraciət etmək istəyən namizədlərin CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar