Call Center (Çağrı mərkəzi)
Rifah QrupBakıda çağrı mərkəzi operatoru vakansiyası
Maaş: 500 ₼-dən / ay
Orta maaş: 500 AZN
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 22 noyabr 2026
- Baxış
- 629
- Müraciət
- 30
- Son müraciət tarixi
- 22 dekabr 2026
- Kateqoriya
- Müştəri xidmətləri
Vakansiya haqqında
Rifah Qrup Bakıda çağrı mərkəzi operatoru axtarır. Tam ştat, ofisdə iş, maaş 500 AZN. Müraciət e-poçtla, birbaşa işəgötürənə.
İş barədə məlumat
- EVOL Mağazalar Şəbəkəsi komandamıza qoşulmaq üçün ünsiyyət bacarığı yüksək, idarəetmə təcrübəsinə malik, müştəriyönümlü və nəticəyönümlü Call Center Meneceri axtarırıq!
- Rəqabətədavamlı əməkhaqqı;
- Nəticələrə əsaslanan bonus və mükafatlandırma sistemi;
- Peşəkar və dinamik iş mühiti;
- Karyera və peşəkar inkişaf imkanları;
- Şirkətin inkişafında və idarəetmə proseslərində aktiv iştirak imkanı.
Öhdəliklər
- Call Center şöbəsinin gündəlik fəaliyyətini təşkil etmək və idarə etmək;
- Daxil olan telefon zənglərinin, WhatsApp mesajlarının və sosial şəbəkələrdən gələn müştəri müraciətlərinin vaxtında cavablandırılmasını təmin etmək;
- Müştərilərə məhsullar, qiymətlər, kampaniyalar, kredit şərtləri və mağazaların ünvanları barədə düzgün məlumat verilməsinə nəzarət etmək;
- Müştərilərin məhsul seçimində istiqamətləndirilməsini və satışa yönləndirilməsini təşkil etmək;
- Telefon və onlayn müraciətlərin satışa çevrilməsi üçün effektiv satış skriptləri hazırlamaq və tətbiq etmək;
- Müştərilərin müraciətlərini aidiyyəti mağazalara və şöbələrə düzgün yönləndirmək;
- Mağazalarda məhsulun mövcudluğu, sifarişlərin vəziyyəti və çatdırılma prosesi ilə bağlı müştərilərə operativ məlumat verilməsini təmin etmək;
- Müştəri şikayətlərini araşdırmaq, həll prosesini izləmək və təkrar problemlərin qarşısının alınması üçün tədbirlər görmək;
- Müştəri bazasının yaradılması və yenilənməsi sistemində düzgün qeydiyyatının aparılmasına nəzarət etmək;
- Potensial müştərilərlə təkrar əlaqə saxlanılması və satış imkanlarının artırılması üçün zəng kampaniyaları təşkil etmək;
- Əvvəlki müştərilərlə əlaqələrin qorunması və təkrar satışların artırılması istiqamətində iş aparmaq;
- Reklam və marketinq kampaniyalarından daxil olan müraciətlərin effektiv idarə edilməsini təmin etmək;
- Operatorların danışıq keyfiyyətini yoxlamaq, telefon danışıqlarını dinləmək və qiymətləndirmək;
- Operatorlar üçün təlimlər keçirmək, satış və ünsiyyət bacarıqlarının inkişafını təmin etmək;
- Zənglərin sayı, cavablandırılma müddəti, itirilmiş zənglər, satışa çevrilmə və müştəri məmnuniyyəti üzrə hesabatlar hazırlamaq;
- Çağrı Mərkəzinin (Call Center) fəaliyyətinin effektivliyini artırmaq üçün rəhbərliyə təkliflər vermək.
Tələblər
- Çağrı Mərkəzi və ya müştəri xidmətləri sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Çağrı Mərkəzi komandasının idarə edilməsi üzrə təcrübəyə üstünlük verilir;
- Pərakəndə satış və aktiv telefon satışları sahəsində təcrübə arzuolunandır;
- Telefonla satış və müştəri ilə effektiv ünsiyyət bacarığı;
- Müştəri şikayətlərinin idarə edilməsi və problemlərin həlli bacarığı;
- Azərbaycan dilində səlis danışıq.
- Müştəri müraciətlərinin satışa çevrilmə faizi;
- Telefon və onlayn kanallar üzrə əldə edilən satış həcmi;
- Müştəri məmnuniyyəti göstəricisi;
- İlk müraciətdə problemin həlli faizi;
- Müştəri müraciətlərinə cavabvermə sürəti;
- Operatorların fərdi və komanda üzrə performansı;
- Təkrar satış və potensial müştərilərin geri qaytarılması göstəriciləri.
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.
Rifah Qrup şirkətinin digər vakansiyaları
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıRifah Qrup, Bakı
Bakıda fəhlə vakansiyasıRifah Qrup, Bakı
Bakıda qrafik dizayner vakansiyasıRifah Qrup, Bakı
Bakıda kargüzar vakansiyasıRifah Qrup, Bakı
Oxşar vakansiyalar
Bakıda çağrı mərkəzi operatoru vakansiyasıOmnitech, Bakı
Bakıda çağrı mərkəzi operatoru vakansiyasıNooshCard MMC, Bakı- Bakıda çağrı mərkəzi operatoru vakansiyasıDaniel Appliance Repair Service, Bakı
Bakıda çağrı mərkəzi operatoru vakansiyasıPASHA Travel, Bakı
Bakıda çağrı mərkəzi operatoru vakansiyasıPrior BOKT, Bakı
Bakıda çağrı mərkəzi operatoru vakansiyasıIntermak Group, Bakı
Bakıda çağrı mərkəzi operatoru vakansiyasıEuropark MMC, Bakı
Rifah Qrup haqqında
- Aktiv vakansiya
- 9
- Son 6 ayda
- 20
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- filial müdiri
- çağrı mərkəzi operatoru
- kargüzar
- rəqəmsal marketinq üzrə mütəxəssis
- qrafik dizayner
Rifah Qrup vakansiyaları: hazırda GoJob-da 9 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən filial müdiri, çağrı mərkəzi operatoru, kargüzar, rəqəmsal marketinq üzrə mütəxəssis və qrafik dizayner vəzifələrinə işçi axtarır. Son 6 ayda Rifah Qrup şirkətində iş üçün 20 vakansiya dərc olunub. Rifah Qrup vakansiyalarında maaş adətən 500–1 500 AZN arasındadır. Rifah Qrup işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
Rifah Qrup: bütün vakansiyalar (9)«Call Center (Çağrı mərkəzi)» vakansiyası haqqında suallar
Maaş nə qədərdir?
500 ₼-dən / ay. GoJob-da Bakıda çağrı mərkəzi operatoru vakansiyalarında orta maaş 500 AZN-dir (son 3 ayda 10 vakansiya). Bu vakansiyada 500 AZN təklif olunur — orta səviyyədə.
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.