Rieltor
AREA MMCBakıda daşınmaz əmlak agenti vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 25 noyabr 2026
- Baxış
- 651
- Müraciət
- 33
- Son müraciət tarixi
- 25 dekabr 2026
- Kateqoriya
- Tikinti və Daşınmaz Əmlak
Vakansiya haqqında
AREA MMC Bakıda daşınmaz əmlak agenti axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.
İlkin daşınmaz əmlak bazarı üzrə broker
Karyeranızı qurun. Qazancınızı özünüz müəyyən edin.
Daşınmaz əmlak sahəsində uğurlu karyera qurmaq, yüksək gəlir əldə etmək və peşəkar komanda ilə birlikdə inkişaf etmək istəyirsiniz? AREA sizi ilkin bazar üzrə satış komandasına dəvət edir.
30 ilə yaxın müddətdir Azərbaycanın daşınmaz əmlak bazarındayıq. Bu illər ərzində qazandığımız etibar, təcrübə və tikinti şirkətləri ilə qurduğumuz tərəfdaşlıq əlaqələri sizin peşəkar inkişafınız üçün möhkəm zəmin yaradır.
Ayda 10 000 AZN və daha çox qazanmaq mümkündür. Gəliriniz satış nəticələrinizdən, işinizin keyfiyyətindən və göstərdiyiniz səydən asılıdır. Biz isə sizə bu sahədə uğur qazanmaq üçün lazım olan bilikləri öyrədəcək və peşəkar dəstək göstərəcəyik.
Sizin rolunuz
- Potensial müştərilərlə əlaqə saxlamaq, daxil olan müraciətləri (lidləri) işləmək və satış prosesini idarə etmək;
- Yeni yaşayış layihələrini öyrənmək, tikinti şirkətlərinin satış ofislərində görüşlər keçirmək və müştərilərə uyğun təkliflər təqdim etmək;
- Video kontent hazırlamaq, sosial şəbəkələrdə aktiv olmaq və şəxsi peşəkar brendinizi inkişaf etdirmək;
- Mütəmadi təlimlərdə iştirak etmək, bilik və bacarıqlarınızı artırmaq, müəyyən edilmiş satış hədəflərinə və KPI göstəricilərinə nail olmaq.
Bizim üçün əsas olan öyrənməyə həvəs, ünsiyyət bacarığı, məsuliyyət və nəticəyə yönəlmiş yanaşmadır. AREA-da qarşılıqlı hörmətə əsaslanan iş mühitində öz potensialınızı reallaşdıra və bizimlə birlikdə inkişaf edə bilərsiniz.
Növbəti addımı atmağa hazırsınız? CV-nizi göndərin. Sizinlə tanış olmaq istərdik.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
AREA MMC şirkətinin digər vakansiyaları
AREA MMC vakansiyalarıAREA MMC haqqında
- Aktiv vakansiya
- 2
- Son 6 ayda
- 4
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- marketinq mütəxəssisi
- daşınmaz əmlak agenti
- videoqraf
AREA MMC vakansiyaları: hazırda GoJob-da 2 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən marketinq mütəxəssisi, daşınmaz əmlak agenti və videoqraf vəzifələrinə işçi axtarır. Son 6 ayda AREA MMC şirkətində iş üçün 4 vakansiya dərc olunub. AREA MMC işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
AREA MMC: bütün vakansiyalar (2)«Rieltor» vakansiyası haqqında suallar
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.