Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Marketinq və Data Analitika üzrə mütəxəssis

Mint Services MMCBakıda data analitik vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
3 noyabr 2026
Baxış
709
Müraciət
30
Son müraciət tarixi
3 dekabr 2026

Bakı şəhərində Marketinq və PR üzrə iş elanları

Vakansiya haqqında

Mint Services MMC Bakıda data analitik axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.

İş şəraiti

  • Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli 27B
  • İş qrafiki: 6 günlük (Bazar ertəsi – Cümə: 09:00–18:00; Şənbə: 10:00–15:00)
  • Əməkhaqqı: Müsahibə əsasında (namizədin bilik və bacarıqlarına uyğun)

İş barədə məlumat (Öhdəliklər)

  • Şirkətin ümumi marketinq strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Şirkətin sosial media hesablarının (Instagram, Facebook, LinkedIn və s.) idarə olunması, kontent-planın hazırlanması və cəlbedici paylaşımların təşkili;
  • Brendin tanınırlığının artırılması məqsədilə rəqəmsal və ənənəvi marketinq kampaniyalarının planlaşdırılması və icrası;
  • Bazarın, rəqiblərin təhlili və yeni marketinq trendlərinin izlənilməsi;
  • Şirkətin tədbirlərinin, reklam və promo aksiyalarının təşkili;
  • Veb-sayt və digər reklam materialları üçün mətnlərin (kopiraytinq) hazırlanması;
  • Görülən işlər və marketinq kampaniyalarının nəticələri barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
  • Müxtəlif müqavilə, hesab və texniki sənədlərin təhlili, məlumatların strukturlaşdırılması və uyğunsuzluqların müəyyən edilməsi;
  • Məlumatların analitik təhlili və nəticələrin qiymətləndirilməsi.

Namizədə olan tələblər

  • Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqədar sahələr üzrə);
  • Müvafiq sahə üzrə azı 1–3 il iş təcrübəsi;
  • Analitik düşünmə və mürəkkəb sənədləri qısa müddətdə təhlil etmək bacarığı;
  • Riyazi-analitik təfəkkür, məntiqi ardıcıllıq qurmaq və detallardakı uyğunsuzluqları müəyyən etmək qabiliyyəti;
  • Kompüterdən inamlı istifadə bacarığı və yeni proqram təminatını sürətlə mənimsəmək;
  • MS Office proqramları, xüsusilə Excel üzrə biliklər (IF, SUMIF, VLOOKUP, Pivot Table və s.);
  • Rəqəmsal sistemlər, süni intellekt alətləri və veb platformalarla işləmək bacarığı;
  • Rəqəmsal marketinq alətləri (SMM, Meta Ads, Google Ads əsasları) üzrə biliklər;
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (rus və ingilis dili bilikləri arzuolunandır);
  • Kreativ yanaşma, təşəbbüskarlıq və komandada işləmək bacarığı;
  • Nəticəyönümlülük və yüksək məsuliyyətlilik;
  • INCOTERMS 2020 şərtləri, təchizat zənciri, beynəlxalq ticarət və iqtisadiyyat üzrə ümumi biliklər üstünlükdür;
  • Milli normativ hüquqi aktlar haqqında ümumi biliklər üstünlükdür.

Əlavə tələblər:

  • Xanım namizəd;
  • Yaş aralığı: 22–27;
  • Boy: 1.75 m-dən yuxarı;
  • Şirkətin reklam çəkilişlərində şirkət üzü kimi iştirak etmək.

Təkliflərimiz

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirmə;
  • Korporativ nömrə təminatı;
  • Peşəkar komandada inkişaf və karyera imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində Marketinq və Data Analitika üzrə mütəxəssis qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

Bütün data analitik vakansiyaları (6)

Mint Services MMC haqqında

Aktiv vakansiya
1
Son 6 ayda
4
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • data analitik
  • nəzarətçi

Mint Services MMC vakansiyaları: hazırda GoJob-da şirkətin yalnız bu elanı aktivdir. Şirkət əsasən data analitik və nəzarətçi vəzifələrinə işçi axtarır. Son 6 ayda Mint Services MMC şirkətində iş üçün 4 vakansiya dərc olunub. Mint Services MMC vakansiyalarında maaş adətən 760–846 AZN arasındadır. Mint Services MMC işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Mint Services MMC: bütün vakansiyalar (1)

«Marketinq və Data Analitika üzrə mütəxəssis» vakansiyası haqqında suallar

Maaş nə qədərdir?

Maaş müsahibədə razılaşdırılır.

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat; iş saatları: 09:00–18:00.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.