Loyalty Program Data Analyst
Business Insight International Research GroupBakıda data analitik vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Nərimanov
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 23 noyabr 2026
- Baxış
- 648
- Müraciət
- 43
- Son müraciət tarixi
- 23 dekabr 2026
- Kateqoriya
- İnformasiya Texnologiyaları
Vakansiya haqqında
Business Insight International Research Group Bakının Nərimanov rayonunda data analitik axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.
“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Loyalty Program Data Analyst” vəzifəsi üzrə aktiv vakansiya var.
Tələblərimiz:
- Kişi və ya xanım namizədlər;
- Ali təhsil (İqtisadiyyat, Tətbiqi Riyaziyyat, Statistika və ya digər müvafiq ixtisas üzrə);
- Yaş həddi: 22-35;
- Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır;
- Müvafiq sahədə ən azı 2 illik təcrübə;
- Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq analitik nəticələri və nəticə sonrası tövsiyələri təklif etmək bacarığı;
- Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Excel bilikləri yüksək səviyyədə olmalıdır;
- Phyton və SQL bilikləri də üstünlükdür.
İş öhdəlikləri:
- Məlumatların toplanması və analizi: Loyallıq proqramı iştirakçılarının davranışı, üstünlükləri və fəallıq səviyyəsi ilə bağlı məlumatların toplanması, işlənməsi və təhlili.
- Hesabatların və tövsiyələrin hazırlanması: Loyallıq proqramının effektivliyi haqqında müntəzəm hesabatların hazırlanması, əldə edilmiş məlumatlar əsasında strategiyanın təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması.
- Əsas göstəricilərin monitorinqi (KPI): Loyallıq proqramının əsas göstəricilərinin, o cümlədən alış tezliyi, orta çek, müştərilərin geri dönüş faizi və loyallıqla bağlı digər metriklərin izlənməsi və təhlili.
- Müştəri seqmentasiyası: Hədəfli marketinq kampaniyalarının yaradılması üçün proqram iştirakçılarının müxtəlif parametrlər (demoqrafiya, davranış, alış tezliyi və s.) əsasında seqmentləşdirilməsi.
- Tendensiyaların proqnozlaşdırılması: İştirakçıların davranışını proqnozlaşdırmaq və effektiv marketinq strategiyalarının hazırlanması üçün potensial tendensiyaların təhlili.
- Test və optimizasiya: Loyallıq proqramının müxtəlif aspektlərinin (məsələn, aksiyalar, təkliflər) testlərinin aparılması və analizin nəticələri əsasında onların optimallaşdırılması.
- Digər şöbələrlə qarşılıqlı əlaqə: Loyallıq proqramı strategiyalarının hazırlanması və həyata keçirilməsində analitik məlumatların inteqrasiyası üçün marketinq, digital və digər əlaqədar komandalarla iş.
- Hesabatlığın avtomatlaşdırılması: Proqramın işi haqqında məlumatların vaxtında əldə edilməsi və təhlili üçün avtomatlaşdırılmış hesabat sistemlərinin tətbiqi və dəstəklənməsi.
İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti;
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
- İş vaxtı həftədə 6 gün;
- Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Loyalty Program Data Analyst” başlığı altında göndərə bilərlər.
Business Insight International Research Group şirkətinin digər vakansiyaları
Bakıda müştəri əlaqələri üzrə operator vakansiyasıBusiness Insight International Research Group, Bakı, Nərimanov
Bakıda layihə koordinatoru vakansiyasıBusiness Insight International Research Group, Bakı, Nərimanov
Bakıda çağrı mərkəzinin meneceri vakansiyasıBusiness Insight International Research Group, Bakı, Nərimanov
Bakıda layihə meneceri vakansiyasıBusiness Insight International Research Group, Bakı, Nərimanov
Business Insight International Research Group haqqında
- Aktiv vakansiya
- 5
- Son 6 ayda
- 22
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- layihə koordinatoru
- layihə meneceri
- data analitik
- marketinq meneceri
Business Insight International Research Group vakansiyaları: hazırda GoJob-da 5 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən layihə koordinatoru, layihə meneceri, data analitik və marketinq meneceri vəzifələrinə işçi axtarır. Son 6 ayda Business Insight International Research Group şirkətində iş üçün 22 vakansiya dərc olunub. Business Insight International Research Group vakansiyalarında maaş adətən 20–364 AZN arasındadır. Business Insight International Research Group işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
Business Insight International Research Group: bütün vakansiyalar (5)«Loyalty Program Data Analyst» vakansiyası haqqında suallar
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat; iş günləri: həftədə 6 gün.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı, Nərimanov.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.