Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Project Manager

Business Insight International Research GroupBakıda layihə meneceri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
1 sentyabr 2026
Baxış
672
Müraciət
48
Son müraciət tarixi
30 noyabr 2026

Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə iş elanları

Vakansiya haqqında

Business Insight International Research Group Bakının Nərimanov rayonunda layihə meneceri axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.

“Business Insight” şirkətinin Müştəri Loyallığı Departamentində “Project Manager” vəzifəsi üzrə aktiv vakansiya var.

Tələblərimiz:

  • Kişi namizədlər;
  • Ali təhsil;
  • Yaş həddi: 25-35;
  • Microsoft proqramlarında işləmək bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarığı;
  • Müştəri loyallığı və mobil tətbiq layihələrində təcrübə arzuolunandır;
  • Komandada işləmək bacarığı;
  • Ölkədaxili ezamiyyətlərə açıq olmaq;
  • Layihə idarəetməsinin nəzəri və praktiki biliklərinə sahib olmaq;
  • Stressə və tələbkarlığa davamlı, disiplinli;
  • Planlaşdırma, təşkilatçılıq və auditoriya qarşısında çıxış etmə bacarıqlarının yüksək olması;
  • Təşəbbüskarlığın, özgüvənin və çalışma istəyinin yüksək olması. 

İş öhdəlikləri:

Layihənin idarə edilməsi: 

  • Loyallıq proqramlarının strategiyasını hazırlamaq və tətbiqini həyata keçirmək. 
  • Layihənin məqsəd və hədəflərini müəyyən etmək və həyata keçirmək. 
  • İş planı tərtib etmək və layihə mərhələlərini izləmək.
  • Layihə mərhələlərini planlaşdırmaq və idarə etmək.
  • Loyallıq proqramı üzvlərinin sayının artırılması prosesinə nəzarət etmək. 
  • Tədbirlərin təşkili və idarəolunmasına nəzarət etmək. 
  • Tədbirlərdə məruzələrin və çıxışların olunması. 
  • Müvafiq hesabatları və təqdimatları hazırlamaq. 
  • Kampaniyaların gedişatına nəzarət etmək. 
  • Loyallıq proqramlarının inkişafı üçün araşdırmalar etmək, yeni ideyalar hazırlmaq, təkliflər vermək. 
  • Layihəni uğurla başa vurmaq üçün bütün fəaliyyətləri detallı şəkildə müəyyən edən və ardıcıllığı təyin edən iş planı hazırlamaq. 
  • Layihənin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfləri/ kontraktorları düzgün koordinasiya etmək. 
  • Resursların yetərliliyini və paylaşdırılmasını təmin etmək. 
  • Layihə risklərini azaltmaq məqsədilə risklərin idarə edilməsi.

Komandanın koordinasiyası: 

  • Layihə komandası arasında vəzifə bölüşdürülməsi. 
  • Komandanın iş performansını izləmək və dəstək göstərmək. 
  • Təlimlər və motivasiya sessiyaları təşkil etmək.
  • Layihə komandasını KPI-a əsasən qiymətləndirmək. 

Müştəri əlaqələrinin idarə olunması: 

  • Proqram ştirakçılarının məmnuniyyətini artırmaq üçün strategiyalar hazırlamaq. 
  • B2B müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi.

Tərəfdaşlıq və əməkdaşlıq: 

  • Tərəfdaş şirkətlərlə iş birliyi qurmaq və şərtləri razılaşdırmaq. 
  • Yeni tərəfdaşların cəlb edilməsi üçün bazar araşdırması aparmaq.

Analitika və hesabatlar: 

  • Proqramın performansını ölçmək üçün analitik göstəriciləri izləmək. 
  • Dövrü hesabatlar hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək. 
  • Loyallıq proqramlarının ROI (investisiyadan gəlir) göstəricilərini analiz etmək.

İnnovasiyalar və inkişaf: 

  • Proqramın müasir texnologiyalar və trendlərə uyğun yenilənməsini təmin etmək. 
  • Rəqabət təhlili aparmaq və bazar tələblərinə uyğun dəyişikliklər etmək. 
  • Yeni loyallıq modellərinin tətbiq olunması ilə bağlı təkliflər irəli sürmək.

Büdcə və resursların idarə edilməsi: 

  • Proqram üçün ayrılmış maliyyə resurslarını idarə etmək. 
  • Layihə büdcəsinə nəzarət və səmərəli xərcləməni təmin etmək.

İş şəraiti:

  • Öyrədici və inkişafameyilli iş mühiti. 
  • Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;
  • İş vaxtı həftədə 6 gün;
  • Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək. 

Maraqlanan namizədlər öz CV-ləriniMüraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Project Manager” başlığı altında göndərə bilərlər.

Business Insight International Research Group şirkətinin digər vakansiyaları

Business Insight International Research Group vakansiyaları

Business Insight International Research Group haqqında

Aktiv vakansiya
4
Son 6 ayda
21
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • layihə koordinatoru
  • layihə meneceri
  • marketinq meneceri

Business Insight International Research Group vakansiyaları: hazırda GoJob-da 4 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən layihə koordinatoru, layihə meneceri və marketinq meneceri vəzifələrinə işçi axtarır. Son 6 ayda Business Insight International Research Group şirkətində iş üçün 21 vakansiya dərc olunub. Business Insight International Research Group vakansiyalarında maaş adətən 20–364 AZN arasındadır. Business Insight International Research Group işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Business Insight International Research Group: bütün vakansiyalar (4)

«Project Manager» vakansiyası haqqında suallar

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat; iş günləri: həftədə 6 gün.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı, Nərimanov.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.