Əsas məzmuna keç
GoJob

Direktor assistenti

VS Avto Servis MMCBakıda direktor köməkçisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 oktyabr 2026
Son müraciət tarixi
27 noyabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə vakansiyalar

Vakansiya haqqında

VS Avto Servis MMC Bakıda direktor köməkçisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri

  • Direktorun gündəlik işlərinin və tapşırıqlarının təşkilinə dəstək göstərmək;
  • Görüşləri, iclasları və işgüzar görüşlərin vaxtını planlaşdırmaq;
  • Daxil olan və göndərilən sənədlərin hazırlanmasını, qeydiyyatını və arxivləşdirilməsini təmin etmək;
  • Rəsmi məktubların, ərizələrin, əmrlərin, müqavilələrin və digər sənədlərin hazırlanmasına kömək etmək;
  • Telefon zənglərini və elektron yazışmaları idarə etmək;
  • Müştərilər, tərəfdaşlar və əməkdaşlarla işgüzar əlaqələri koordinasiya etmək;
  • Direktorun tapşırıqlarının icrasına nəzarət etmək və nəticələr barədə məlumat vermək;
  • Şirkətin gündəlik inzibati işlərinin təşkilində iştirak etmək;
  • Müvafiq hesabatların və məlumatların hazırlanmasına dəstək göstərmək;
  • Sənədlərin və şirkətə aid məlumatların məxfiliyini qorumaq;
  • Direktorun tapşırığı əsasında digər inzibati və təşkilati işləri yerinə yetirmək.

Namizədə dair tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • Ofis proqramları ilə işləmək bacarığı (Microsoft Word, Excel, Outlook və s.);
  • Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət bacarığı;
  • Rəsmi sənədlərin hazırlanması və işgüzar yazışma bacarığı;
  • Təşkilatçılıq, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı;
  • Məsuliyyətli, diqqətli, çevik və intizamlı olmaq;
  • Məxfi məlumatlarla işləmək bacarığı;
  • Komandada işləmək və işgüzar ünsiyyət qurmaq bacarığı;
  • İş təcrübəsi arzuolunandır;
  • Rus və ingilis dillərini bilmək üstünlükdür.

Şəxsi keyfiyyətlər

  • Yüksək məsuliyyət hissi;
  • Dəqiqlik və operativlik;
  • Nəzakətli ünsiyyət;
  • Təşəbbüskarlıq və problem həll etmə bacarığı;
  • Etibarlılıq və məxfiliyə riayət etmək.

İş şəraiti

  • İş yeri: Şirkətin ofisi;
  • İş rejimi: Müəssisənin müəyyən etdiyi iş qrafikinə uyğun;
  • Tabelik: Birbaşa direktor;
  • Əməkhaqqı: Müsabiqədə təyin olunacaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə 010-256-10-24

VS Avto Servis MMC şirkətinin digər vakansiyaları

VS Avto Servis MMC vakansiyaları