Direktor assistenti
VS Avto Servis MMCExecutive assistant job in Baku
Salary: No salary given
- Location
- Bakı
- Work mode
- On-site
- Employment type
- Full time
- Posted
- October 28, 2026
- Apply before
- November 27, 2026
- Category
- Human Resources
About this job
VS Avto Servis MMC is hiring an executive assistant in Baku. Full-time. Apply directly to the employer.
Vəzifə öhdəlikləri
- Direktorun gündəlik işlərinin və tapşırıqlarının təşkilinə dəstək göstərmək;
- Görüşləri, iclasları və işgüzar görüşlərin vaxtını planlaşdırmaq;
- Daxil olan və göndərilən sənədlərin hazırlanmasını, qeydiyyatını və arxivləşdirilməsini təmin etmək;
- Rəsmi məktubların, ərizələrin, əmrlərin, müqavilələrin və digər sənədlərin hazırlanmasına kömək etmək;
- Telefon zənglərini və elektron yazışmaları idarə etmək;
- Müştərilər, tərəfdaşlar və əməkdaşlarla işgüzar əlaqələri koordinasiya etmək;
- Direktorun tapşırıqlarının icrasına nəzarət etmək və nəticələr barədə məlumat vermək;
- Şirkətin gündəlik inzibati işlərinin təşkilində iştirak etmək;
- Müvafiq hesabatların və məlumatların hazırlanmasına dəstək göstərmək;
- Sənədlərin və şirkətə aid məlumatların məxfiliyini qorumaq;
- Direktorun tapşırığı əsasında digər inzibati və təşkilati işləri yerinə yetirmək.
Namizədə dair tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Ofis proqramları ilə işləmək bacarığı (Microsoft Word, Excel, Outlook və s.);
- Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət bacarığı;
- Rəsmi sənədlərin hazırlanması və işgüzar yazışma bacarığı;
- Təşkilatçılıq, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı;
- Məsuliyyətli, diqqətli, çevik və intizamlı olmaq;
- Məxfi məlumatlarla işləmək bacarığı;
- Komandada işləmək və işgüzar ünsiyyət qurmaq bacarığı;
- İş təcrübəsi arzuolunandır;
- Rus və ingilis dillərini bilmək üstünlükdür.
Şəxsi keyfiyyətlər
- Yüksək məsuliyyət hissi;
- Dəqiqlik və operativlik;
- Nəzakətli ünsiyyət;
- Təşəbbüskarlıq və problem həll etmə bacarığı;
- Etibarlılıq və məxfiliyə riayət etmək.
İş şəraiti
- İş yeri: Şirkətin ofisi;
- İş rejimi: Müəssisənin müəyyən etdiyi iş qrafikinə uyğun;
- Tabelik: Birbaşa direktor;
- Əməkhaqqı: Müsabiqədə təyin olunacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə 010-256-10-24