Dispetçer
Sahara Electronics MMCBakıda dispetçer vakansiyası
Maaş: 800 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 27 noyabr 2026
- Baxış
- 708
- Müraciət
- 32
- Son müraciət tarixi
- 27 dekabr 2026
- Kateqoriya
- Logistika, Anbar və Təchizat
Bakı şəhərində Logistika, Anbar və Təchizat üzrə iş elanları
Vakansiya haqqında
Sahara Electronics MMC Bakıda dispetçer axtarır. Tam ştat, ofisdə iş, maaş 800 AZN. Vakansiyada 13 vəzifə və 10 tələb göstərilib; müraciət e-poçtla, birbaşa işəgötürənə.
“Sahara Electronics” MMC komandamıza qoşulacaq, sürücülərin gündəlik işinin təşkilini, marşrutların koordinasiyasını və daşınma prosesinin vaxtında həyata keçirilməsinə nəzarəti təmin edəcək Dispetçer axtarışındadır.
Namizədin əsas vəzifəsi sürücülərin iş qrafikini və gündəlik tapşırıqlarını koordinasiya etmək, nəqliyyat vasitələrinin hərəkətini izləmək, çatdırılma prosesində yaranan çətinlikləri operativ həll etmək və görülən işlər üzrə müvafiq uçot və hesabatlılığı təmin etmək olacaq.
İş şəraiti
- İş yeri: Abşeron Ticarət Mərkəzi;
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əməkhaqqı: 800–1000 AZN (namizədin təcrübə və bacarıqlarına uyğun olaraq).
Tələblərə uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-mailin mövzu hissəsində “Dispetçer” qeyd edilməlidir. Seçilmiş namizədlərlə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.
Tələblər
- Orta ixtisas və ya ali təhsil (logistika, nəqliyyat və idarəetmə sahələri üzrə təhsil üstünlükdür);
- Dispetçer, logistika, nəqliyyatın təşkili və ya sürücülərlə iş sahəsində təcrübə arzuolunandır;
- MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
- Marşrutların planlaşdırılması və gündəlik iş bölgüsünün təşkili bacarığı;
- Yüksək ünsiyyət, koordinasiya və operativ qərarvermə bacarığı;
- Eyni vaxtda bir neçə tapşırığı izləmək və prioritetləşdirmək bacarığı;
- Məsuliyyətli, diqqətli, çevik və stressə davamlı olmaq;
- Komanda ilə işləmək və sürücülərlə düzgün işgüzar münasibət qurmaq bacarığı.
- 1C proqramı ilə işləmək bacarığı
- GPS izləmə və monitorinq proqramları ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri
- Sürücülərin gündəlik iş qrafikini və iş bölgüsünü təşkil etmək, tapşırıqları müvafiq sürücülərə yönləndirmək;
- Çatdırılma və daşınma ehtiyaclarına uyğun marşrutları planlaşdırmaq və sürücülər arasında düzgün bölüşdürmək;
- Sürücülərin işə vaxtında çıxışına, reyslərə başlamasına və iş qrafikinə riayət etməsinə nəzarət etmək;
- Nəqliyyat vasitələrinin hərəkətini və təyin olunmuş ünvanlara vaxtında çatdırılmasını izləmək;
- Sürücülərlə mütəmadi əlaqə saxlamaq, gün ərzində yaranan gecikmə, ünvan dəyişikliyi və digər operativ məsələləri koordinasiya etmək;
- Nəqliyyat vasitəsində nasazlıq, yol-nəqliyyat hadisəsi və ya digər fövqəladə hal baş verdikdə aidiyyəti rəhbəri vaxtında məlumatlandırmaq və problemin həllini koordinasiya etmək;
- Anbar, mağaza və digər aidiyyəti bölmələrlə əlaqəli şəkildə yükləmə, boşaltma və təhvil-təslim proseslərinin vaxtında icrasını izləmək;
- Reyslər, marşrutlar və sürücülərin fəaliyyəti üzrə məlumatların qeydiyyatını aparmaq, müvafiq sənədləri yoxlamaq və sistemləşdirmək;
- Gündəlik və dövri hesabatları hazırlamaq, iş prosesində aşkar olunan problemlər barədə birbaşa rəhbərə məlumat vermək.
- GPS izləmə proqramı vasitəsilə sürücülərin və nəqliyyat vasitələrinin hərəkətini real vaxt rejimində izləmək, marşrutdan kənaraçıxma və gecikmələrə nəzarət etmək;
- GPS sistemi üzərindən əldə olunan məlumatları təhlil etmək, aşkar olunan uyğunsuzluqlar və gecikmələr barədə birbaşa rəhbərə məlumat vermək;
- 1C proqramında müvafiq əməliyyatları aparmaq, daşınma və çatdırılma prosesləri üzrə məlumatları sistemə daxil etmək və qeydiyyatını təmin etmək;
- 1C sistemində aparılan əməliyyatların düzgünlüyünü yoxlamaq, məlumatların vaxtında və dəqiq işlənilməsinə nəzarət etmək.
Sahara Electronics MMC şirkətinin digər vakansiyaları
Bakıda mühasib vakansiyasıSahara Electronics MMC, Bakı
Bakıda satış məsləhətçisi vakansiyasıSahara Electronics MMC, Bakı
Bakıda mağaza müdiri vakansiyasıSahara Electronics MMC, Bakı
Bakıda kateqoriya meneceri vakansiyasıSahara Electronics MMC, Bakı
Sahara Electronics MMC haqqında
- Aktiv vakansiya
- 6
- Son 6 ayda
- 9
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- mühasib
- kateqoriya meneceri
- dispetçer
- satış rəhbəri
- HR meneceri
Sahara Electronics MMC vakansiyaları: hazırda GoJob-da 6 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən mühasib, kateqoriya meneceri, dispetçer, satış rəhbəri və HR meneceri vəzifələrinə işçi axtarır. Son 6 ayda Sahara Electronics MMC şirkətində iş üçün 9 vakansiya dərc olunub. Sahara Electronics MMC vakansiyalarında maaş adətən 760–1 880 AZN arasındadır. Sahara Electronics MMC işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
Sahara Electronics MMC: bütün vakansiyalar (6)«Dispetçer» vakansiyası haqqında suallar
Sahara Electronics MMC hansı şərtləri təklif edir?
- İş yeri: Abşeron Ticarət Mərkəzi;
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əməkhaqqı: 800–1000 AZN (namizədin təcrübə və bacarıqlarına uyğun olaraq).
Sahara Electronics MMC namizəddən nə tələb edir?
- Orta ixtisas və ya ali təhsil (logistika, nəqliyyat və idarəetmə sahələri üzrə təhsil üstünlükdür);
- Dispetçer, logistika, nəqliyyatın təşkili və ya sürücülərlə iş sahəsində təcrübə arzuolunandır;
- MS Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
Bu vəzifədə nə iş görəcəksiniz?
- Sürücülərin gündəlik iş qrafikini və iş bölgüsünü təşkil etmək, tapşırıqları müvafiq sürücülərə yönləndirmək;
- Çatdırılma və daşınma ehtiyaclarına uyğun marşrutları planlaşdırmaq və sürücülər arasında düzgün bölüşdürmək;
- Sürücülərin işə vaxtında çıxışına, reyslərə başlamasına və iş qrafikinə riayət etməsinə nəzarət etmək;
Maaş nə qədərdir?
800 ₼-dən / ay.
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.