Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Mühasib köməkçisi

Sahara Electronics MMCBakıda mühasib vakansiyası

Maaş: 800 ₼-dən / ay

Orta maaş: 1 000 AZN

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
27 noyabr 2026
Baxış
707
Müraciət
36
Son müraciət tarixi
27 dekabr 2026

Bakı şəhərində Mühasibatlıq və Audit üzrə iş elanları

Vakansiya haqqında

Sahara Electronics MMC Bakıda mühasib axtarır. Tam ştat, ofisdə iş, maaş 800 AZN. Vakansiyada 10 vəzifə və 9 tələb göstərilib; müraciət e-poçtla, birbaşa işəgötürənə.

MMC gündəlik mühasibat əməliyyatlarının sənədləşdirilməsi, ilkin uçot məlumatlarının 1C proqramına işlənməsi və mühasibatlıq üzrə cari tapşırıqların icrasında komandaya dəstək göstərəcək Mühasib köməkçisi axtarır.

Vəzifənin əsas məqsədi alış, satış, bank və kassa əməliyyatları üzrə ilkin sənədləri toplamaq və yoxlamaq, təsdiq olunmuş məlumatları 1C sisteminə daxil etmək, uçot məlumatlarını tutuşdurmaq və aşkar edilən uyğunsuzluqları birbaşa birlikdə çalışacağı üst rəhbərinə vaxtında bildirməkdir. Əməkdaş gündəlik tapşırıqları üst rəhbərindən alacaq, hazırladığı sənədlər və 1C-yə daxil etdiyi məlumatlar ilk növbədə üst rəhbəri tərəfindən yoxlanılacaq

İş şəraiti

  • İş yeri: Abşeron Ticarət Mərkəzi (T/M)
  • Əməkhaqqı: 800–1000 AZN + KPI bonusu
  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Əlavə bonus: əvvəlcədən razılaşdırılmış KPI göstəricilərinin nəticələrinə əsasən.

Tələblərə uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur. Seçilmiş namizədlərlə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.

Tələblər

  • Mühasibatlıq sahəsində 6 ay–1 il iş təcrübəsinin olması üstünlükdür;
  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • Mühasibat uçotunun əsasları, ilkin mühasibat sənədləri və vergi uçotu barədə baza bilikləri;
  • MS Excel proqramında işləmək bacarığı (cədvəllər, əsas düsturlar və məlumatların yoxlanılması);
  • 1C mühasibat proqramı üzrə ilkin bilik və ya praktiki təcrübə üstünlükdür;
  • Alış-satış sənədləri, elektron qaimə-faktura, hesab-faktura, bank və kassa sənədləri barədə ilkin anlayış;
  • Debitor və kreditor hesablaşmalarının mahiyyətini anlamaq;
  • Dəqiqlik, diqqətlilik, məsuliyyətlilik, məxfi məlumatlarla işləmək və komanda ilə əməkdaşlıq bacarığı;
  • Yeni proqram və iş proseslərini öyrənməyə həvəsli olmaq.

Vəzifə öhdəlikləri

  • Alış və satış əməliyyatları üzrə elektron qaimə-fakturaları, hesab-fakturaları, təhvil-təslim sənədlərini və digər ilkin sənədləri toplamaq, ilkin yoxlamaq və sistemləşdirmək;
  • Sənədlərdə tarix, məbləğ, qarşı tərəfin rekvizitləri, mal və xidmət məlumatları üzrə uyğunsuzluqları aşkar etdikdə birbaşa üst rəhbərinə məlumat vermək;
  • Təsdiq edilmiş ilkin sənədlər əsasında alış və satış sənədlərini 1C proqramına daxil etmək, müvafiq nomenklatura, kontragent və hesablaşma məlumatlarını seçmək;
  • Bank çıxarışları, ödəniş tapşırıqları və kassa sənədləri üzrə məlumatları məsul mühasibin göstərişinə uyğun olaraq 1C-yə işləmək və ilkin sənədlərlə uyğunluğunu yoxlamaq;
  • Mədaxil, məxaric və digər təsdiq edilmiş ilkin sənədlərin uçot sistemində qeydiyyata alınmasına dəstək göstərmək;
  • Debitor borcları üzrə 1C proqramından müvafiq dövr və kontragentlər üzrə məlumatları çıxarmaq, siyahıları hazırlamaq, qalıq və dövriyyələrdə aşkar edilən fərqləri birbaşa üst rəhbərinə bildirmək;
  • Kreditor borcları və hesablaşmalar üzrə məlumatların hazırlanmasına, siyahıların yenilənməsinə və sənədlərin arxivləşdirilməsinə dəstək olmaq;
  • Gündəlik mühasibat sənədlərini elektron və fiziki qaydada çeşidləmək, aidiyyəti üzrə təqdim etmək və arxivləşdirmək;
  • 1C-yə daxil edilmiş məlumatları yoxlanılması üçün üst rəhbərinə təqdim etmək; aşkar edilmiş səhvləri verilən göstəriş əsasında düzəltmək;
  • Üst rəhbərinin gündəlik tapşırıqlarını və baş mühasib tərəfindən verilən aidiyyəti tapşırıqları müəyyən edilmiş müddətdə yerinə yetirmək;

Sahara Electronics MMC şirkətinin digər vakansiyaları

Sahara Electronics MMC vakansiyaları

Sahara Electronics MMC haqqında

Aktiv vakansiya
6
Son 6 ayda
9
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • mühasib
  • kateqoriya meneceri
  • dispetçer
  • satış rəhbəri
  • HR meneceri

Sahara Electronics MMC vakansiyaları: hazırda GoJob-da 6 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən mühasib, kateqoriya meneceri, dispetçer, satış rəhbəri və HR meneceri vəzifələrinə işçi axtarır. Son 6 ayda Sahara Electronics MMC şirkətində iş üçün 9 vakansiya dərc olunub. Sahara Electronics MMC vakansiyalarında maaş adətən 760–1 880 AZN arasındadır. Sahara Electronics MMC işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Sahara Electronics MMC: bütün vakansiyalar (6)

«Mühasib köməkçisi» vakansiyası haqqında suallar

Sahara Electronics MMC hansı şərtləri təklif edir?

  • İş yeri: Abşeron Ticarət Mərkəzi (T/M)
  • Əməkhaqqı: 800–1000 AZN + KPI bonusu
  • İş qrafiki: 6 günlük iş həftəsi

Hamısı: «İş şəraiti»

Sahara Electronics MMC namizəddən nə tələb edir?

  • Mühasibatlıq sahəsində 6 ay–1 il iş təcrübəsinin olması üstünlükdür;
  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • Mühasibat uçotunun əsasları, ilkin mühasibat sənədləri və vergi uçotu barədə baza bilikləri;

Hamısı: «Tələblər»

Bu vəzifədə nə iş görəcəksiniz?

  • Alış və satış əməliyyatları üzrə elektron qaimə-fakturaları, hesab-fakturaları, təhvil-təslim sənədlərini və digər ilkin sənədləri toplamaq, ilkin yoxlamaq və sistemləşdirmək;
  • Sənədlərdə tarix, məbləğ, qarşı tərəfin rekvizitləri, mal və xidmət məlumatları üzrə uyğunsuzluqları aşkar etdikdə birbaşa üst rəhbərinə məlumat vermək;
  • Təsdiq edilmiş ilkin sənədlər əsasında alış və satış sənədlərini 1C proqramına daxil etmək, müvafiq nomenklatura, kontragent və hesablaşma məlumatlarını seçmək;

Hamısı: «Vəzifə öhdəlikləri»

Maaş nə qədərdir?

800 ₼-dən / ay. GoJob-da Bakıda mühasib vakansiyalarında orta maaş 1 000 AZN-dir (son 3 ayda 88 vakansiya). Bu vakansiyada 800 AZN təklif olunur — ortadan 20% aşağı.

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.