Təmir-tikinti və texniki təminat şöbəsi / ÇİRES-in Energetika bölməsi / Avtomatika üzrə elektrik
AzerGoldBakıda elektrik vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 4 noyabr 2026
- Son müraciət tarixi
- 4 dekabr 2026
- Kateqoriya
- Mühəndislik və Texniki işlər
Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə vakansiyalar
Vakansiya haqqında
AzerGold Bakıda elektrik axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş yeri: Daşkəsən rayonu
İş növü:Tam ştat
İş qrafiki: İş qrafiki gündə 7 saatdan, həftə ərzində isə 35 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün
Əsas vəzifə öhdəlikləri:
- Müxtəlif güclü yarım stansiyaların layihələndirilməsinin təşkilində iştirak etmək;
- Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə bağlı avadanlığa səlahiyyətləri çərçivəsində xidmət göstərmək;
- Cəmiyyətdə müvafiq istehsal proseslərinin müasir informasiya texnologiyaları elementləri əsasında kompleks avtomatlaşdırılması və mexanikləşdirilməsi işlərinin icra olunması;
- Nəzarət Ölçü Cihazları və Avtomatika vasitələri, onların iş prinsipi, quraşdırma və sazlama qaydaları əsasında müvafiq işlərin icra olunması;
- Nəzarət Ölçü Cihazları və Avtomatika vasitələri üzrə lahiyələrdə cihaz və avadanlıqların şərti işarələrinin təmin olunmasını, həmçinin, elektrik dövrə sxemləri əsasında müvafiq işlərin icra olunması;
- Elektrik generatorlarının, alternativ enerji qurğularının istismarı və texniki xidmətinə nəzarət edilməsində iştirak etmək və lazımı tədbirlərin icra olunması;
- Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq səlahiyyətləri çərçivəsində müvafiq layihələndirilmə işlərini həyata keçirmək;
- Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, iş həcmlərinin hesablanmasında iştirak etmək;
- Mövcud olan elektrik dövriyyəsinə uyğun alınmış yarım stansiyaların istismarı və texniki xidməti üzrə lazımı dəstəyin göstərilməsi;
Tələb olunan bilik və bacarıqlar:
- MS Office (Outlook, Word, Excel),
- Ethernet/IP, Profibus sənaye şəbəkələri;
- Ölçü-nəzarət cihazları və 4–20 mA / HART siqnalları;
- Loop-check, kalibrləmə və nasazlıqların aradan qaldırılması;
- Elektrik və avtomatika sxemlərinin oxunması.
- Müvafiq sahə üzrə uyğun sertifikatın olması arzuolunandır;
Tələb olunan təhsil:
- Orta ixtisas və ya peşə təhsili
Tələb olunan iş təcrübəsi:
- Müvafiq sahədə 2 il iş təcrübəsi
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.