Əsas məzmuna keç
GoJob

Elektrik Mühəndisi (Pano İstehsalı)

Amper ElektrikBakıda elektrik mühəndisi vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Qaradağ
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
2 oktyabr 2026
Son müraciət tarixi
1 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Amper Elektrik Bakının Qaradağ rayonunda elektrik mühəndisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Amper MMC komandamıza Elektrik Mühəndisi axtarır!

Vəzifə öhdəlikləri:

  • Elektrik panolarının layihələrinin hazırlanması və oxunması;
  • Sxemlərin təhlili və istehsala uyğunlaşdırılması;
  • Pano istehsalı prosesinə texniki nəzarətin həyata keçirilməsi;
  • Material və avadanlıqların seçilməsi;
  • Maya dəyərinin hesablanmasında iştirak;
  • İstehsal zamanı yaranan texniki problemlərin operativ həlli;
  • Zərurət olduqda obyektlərdə baxış və texniki dəqiqləşdirmələrin aparılması;
  • Müştərilər və layihə komandası ilə texniki koordinasiya.

Tələblər:

  • Elektrik mühəndisliyi üzrə ali təhsil;
  • Elektrik panolarının istehsalı sahəsində iş təcrübəsi;
  • Elektrik sxemlərini sərbəst oxuma və hazırlama bacarığı;
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı;
  • Elektrik avadanlıqları və aşağı gərginlik sistemləri üzrə biliklər.

Təklif edirik:

  • Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında);
  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  • Müasir istehsalat mühitində çalışma imkanı.

İş yeri: Bakı

Əlaqə: +994 10 241 77 33

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Elektrik panolarının istehsalı sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Amper Elektrik şirkətinin digər vakansiyaları

Amper Elektrik vakansiyaları