Əməliyyatların planlanması üzrə aparıcı mütəxəssis
Grand-Agro MMCBakıda əməliyyatların planlanması üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Könüllü
- Dərc olunub
- 17 noyabr 2026
- Baxış
- 669
- Müraciət
- 26
- Son müraciət tarixi
- 17 dekabr 2026
- Kateqoriya
- İstehsalat və Kənd Təsərrüfatı
Bakı şəhərində İstehsalat və Kənd Təsərrüfatı üzrə iş elanları
Vakansiya haqqında
Grand-Agro MMC Bakıda «Əməliyyatların planlanması üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Könüllü iş. Müraciət birbaşa işəgötürənə göndərilir.
Təsvir
- Bağçılıq və istehsalat üzrə illik və mövsümi əməliyyat planlarını hazırlamaq və icrasına nəzarət etmək;
- Aqronomik tədbirlərin, suvarma, gübrələmə, budama və bitki mühafizəsi işlərinin planlaşdırılmasını koordinasiya etmək;
- Bitkilərin inkişaf mərhələlərini izləmək və plandan kənarlaşmaları müəyyən etmək;
- Məhsul yığımı dövrü üzrə vaxt qrafikini, işçi qüvvəsi, texnika və logistika ehtiyaclarını planlaşdırmaq;
- Məhsul yığımının gündəlik və həftəlik icrasını izləmək və hesabatlar hazırlamaq;
- Kənd təsərrüfatı texnikalarının əməliyyat mərhələlərinə uyğun hazırlığını və əlçatanlığını koordinasiya etmək;
- Bağlar üzrə su sərfiyyatını izləmək, suvarma səmərəliliyini təhlil etmək və təkmilləşdirmə təklifləri vermək;
- Əmək məhsuldarlığı, texnikadan istifadə, hektara və ton başına düşən xərclər üzrə göstəriciləri təhlil etmək;
- Aylıq əməliyyat hesabatlarını hazırlamaq, istehsalat göstəricilərini və mövcud riskləri rəhbərliyə təqdim etmək;
- Məhsul yığımı həcmlərinin emal müəssisəsinin istehsal gücünə uyğun planlaşdırılmasını təmin etmək;
- Kommersiya və digər struktur bölmələri istehsal həcmləri və məhsul yığımının vaxtı barədə məlumatlandırmaq;
- Əməliyyat proseslərində səmərəliliyin artırılması və resurslardan optimal istifadəyə dair təkliflər hazırlamaq.
Tələblər
- Aqronomluq, kənd təsərrüfatı, istehsalatın idarə edilməsi və ya əlaqəli sahədə ali təhsil;
- Kənd təsərrüfatı əməliyyatları, təsərrüfat idarəçiliyi və ya istehsalatın planlaşdırılması sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Bağçılıq və çoxillik bitkilərin yetişdirilməsi sahəsində təcrübə üstünlükdür;
- İllik və mövsümi istehsalat planlarının hazırlanması və icrası üzrə biliklər;
- Suvarma sistemləri və su resurslarından səmərəli istifadə üzrə biliklər;
- Kənd təsərrüfatı texnikaları və mexanikləşdirmə prosesləri haqqında məlumatlılıq;
- Excel və hesabatlılıq alətləri üzrə yaxşı bilik;
- Məlumatların təhlili və plan-fakt müqayisələrinin aparılması bacarığı;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Təlim dəstəyi
- Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən)
- Servislə təmin olunur
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.