Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer
AT GeotechXırdalanda əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Xırdalan, Abşeron
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 14 oktyabr 2026
- Son müraciət tarixi
- 13 noyabr 2026
- Kateqoriya
- İnsan Resursları
Vakansiya haqqında
AT Geotech Xırdalanda «Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer vəzifəsi üzrə vakansiya elan olunur.
Əsas vəzifə öhdəlikləri:
- Layihələr üzrə iş qrafiklərinin hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi;
- Layihələrin icrası üçün zəruri resursların planlaşdırılması və səmərəli bölüşdürülməsinin təşkili;
- Planlaşdırılmış və faktiki göstəricilərin müqayisəsinin aparılması, kənarlaşmaların müəyyən edilməsi və təhlili;
- İşlərin gedişatının izlənilməsi, gecikmə risklərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
- Layihələr üzrə vaxt, resurs və məhsuldarlıq göstəricilərinin təhlil edilməsi;
- Müvafiq struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi;
- Əməliyyatların gedişi və nəticələri barədə hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Planlaşdırma proseslərinin təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində təkliflərin verilməsi.
Namizədə dair tələblər:
- Əməliyyatların planlaşdırılması, layihələrin idarə edilməsi və ya müvafiq sahə üzrə iş təcrübəsi;
- İş qrafiklərinin hazırlanması və resurs planlaşdırılması üzrə bilik və bacarıqlar;
- Ezamiyyətə açıq olmaq;
- MS Excel proqramı üzrə yaxşı biliklər;
- Analitik düşünmə, məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
- Problemləri təhlil etmək və operativ həll yolları təklif etmək qabiliyyəti;
- Komandada işləmək və müxtəlif struktur bölmələri ilə effektiv ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və nəticəyönümlülük.
İş şəraiti:
- İş yeri: Xırdalan;
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
AT Geotech şirkətinin digər vakansiyaları
Xırdalanda sahə əməliyyatları üzrə menecer vakansiyasıAT Geotech, Xırdalan, Abşeron
Xırdalanda IT xidmətinə dəstək üzrə mütəxəssis vakansiyasıAT Geotech, Xırdalan, Abşeron
Xırdalanda tender üzrə mütəxəssis vakansiyasıAT Geotech, Xırdalan, Abşeron
Xırdalanda tərcüməçi vakansiyasıAT Geotech, Xırdalan, Abşeron