Əsas məzmuna keç
GoJob

Sahə əməliyyatları üzrə menecer

AT GeotechXırdalanda sahə əməliyyatları üzrə menecer vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
19 oktyabr 2026
Son müraciət tarixi
18 noyabr 2026

Vakansiya haqqında

AT Geotech Xırdalanda «Sahə əməliyyatları üzrə menecer» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Sahə əməliyyatları üzrə menecer vəzifəsi üzrə vakansiya elan olunur.

Əsas vəzifə öhdəlikləri:

  • Qazma layihələri üzrə sahə əməliyyatlarının təşkili və idarə edilməsi;
  • Qazma qurğularının və işçi briqadaların layihələr üzrə düzgün bölgüsünün təmin edilməsi;
  • Sahə işlərinin təsdiq edilmiş qrafikə uyğun, vaxtında və təhlükəsiz icrasına nəzarət edilməsi;
  • Qazma əməliyyatlarının məhsuldarlıq göstəricilərinin izlənilməsi və təhlili;
  • Sahədə yaranan əməliyyat problemlərinin müəyyənləşdirilməsi və həlli istiqamətində tədbirlərin görülməsi;
  • İş prosesində istifadə olunan resursların səmərəli idarə olunması;
  • Sahə işlərinin gedişi və nəticələri barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
  • Müvafiq struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi.

Namizədə dair tələblər:

  • Qazma əməliyyatları sahəsində müvafiq iş təcrübəsi;
  • Sahə işlərinin təşkili və idarə edilməsi üzrə minumum 3 il iş təcrübəsi;
  • Ezamiyyətə açıq olmaq;
  • Komanda idarəetmə və operativ qərarvermə bacarığı;
  • Analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
  • İşlərin planlaşdırılması və icrasına nəzarət bacarığı;
  • Məsuliyyətlilik, çeviklik və nəticəyönümlülük.

İş şəraiti:

  • İş yeri: Xırdalan
  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Sahə əməliyyatları üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

AT Geotech şirkətinin digər vakansiyaları

AT Geotech vakansiyaları