Ətraf Mühitin Mühafizəsi üzrə Mühəndis
Norm LLCBakıda ətraf mühitin mühafizəsi üzrə mühəndis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Könüllü
- Dərc olunub
- 22 oktyabr 2026
- Son müraciət tarixi
- 21 noyabr 2026
- Kateqoriya
- Mühəndislik
Vakansiya haqqında
Norm LLC Bakıda «Ətraf Mühitin Mühafizəsi üzrə Mühəndis» vəzifəsinə işçi axtarır. Könüllü iş. Müraciət birbaşa işəgötürənə göndərilir.
Hazırda şirkətimizə Ətraf Mühitin Mühafizəsi üzrə Mühəndis tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- Ekologiya, ətraf mühit mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil.
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi.
- Azərbaycanın ekoloji qanunvericiliyi və normativ tələbləri, həmçinin ISO 14001 standartı üzrə biliklər.
- Ekoloji monitorinq, icazələr və dövlət hesabatlılığı üzrə praktiki biliklər.
- Atmosfer emissiyaları, tullantılar, su və çirkab sularının idarə edilməsi, ekoloji risk və aspektlərin qiymətləndirilməsi üzrə biliklər.
- Sement istehsalının ekoloji aspektləri üzrə biliklərin olması üstünlükdür.
- İşgüzar səviyyədə ingilis dili biliyi və MS Office proqramlarında işləmək bacarığı.
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Ətraf mühitin mühafizəsi üzrə qanunvericilik və normativ tələblərin izlənilməsi, şirkətdə və törəmə müəssisələrdə uyğunluğun qiymətləndirilməsi.
- Ekoloji icazələrin alınması və yenilənməsinin koordinasiyası, dövlət orqanlarına ekoloji hesabatların təqdim edilməsi.
- Dövlət ekoloji yoxlamalarında iştirak, tələb olunan sənədlərin hazırlanması və yoxlama nəticələri üzrə tədbirlərin koordinasiyası.
- Atmosferə emissiyaların uçotu və monitorinqi, nəticələrin normativ tələblərə uyğunluğunun qiymətləndirilməsi.
- Emissiyaların və tozlanmanın azaldılması üzrə təkliflərin hazırlanması və icrasının izlənilməsi.
- Təhlükəli və təhlükəsiz tullantıların uçotuna, idarə edilməsinə və bu sahədə podratçıların fəaliyyətinə nəzarət.
- Tullantıların azaldılması, təkrar emalı və resurslardan səmərəli istifadə üzrə təkliflərin hazırlanması.
- Su istifadəsinin və çirkab suların idarə edilməsinin izlənilməsi, çirklənmənin qarşısının alınması üzrə tədbirlərin koordinasiyası.
- ISO 14001 üzrə Ətraf Mühitin İdarəetmə Sisteminin saxlanılması və təkmilləşdirilməsində iştirak, ekoloji aspekt və risklərin qiymətləndirilməsi.
- Törəmə müəssisələrdə Ətraf Mühitin İdarəetmə Sisteminin tətbiqinin koordinasiyası və məsul şəxslərə metodiki dəstək.
- Planlı və növbədənkənar ekoloji yoxlamaların aparılması, uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin izlənilməsi.
- Ekoloji insidentlərin araşdırılmasında, fövqəladə hallara hazırlıqda və təlimlərdə iştirak, işçilərin ekoloji məlumatlandırılmasına dəstək.
- Ekoloji məqsəd və hədəflərin müəyyən edilməsində, daxili və xarici auditlərə hazırlıqda iştirak.
- Yeni layihələrin və istehsalat dəyişikliklərinin ekoloji qiymətləndirilməsində, o cümlədən ƏMTQ proseslərində iştirak.
- Podratçıların və xidmət təminatçılarının fəaliyyətinin ekoloji tələblərə uyğunluğuna nəzarət.
- Ətraf mühit üzrə əsas performans göstəricilərinin toplanması və təhlili, rəhbərlik, dayanıqlı inkişaf və GHG/MRV hesabatları üçün məlumatların hazırlanması.
Biz nə təklif edirik:
- Könüllü tibbi sığorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.