Filial müdiri
Shaurma N1Bakıda filial müdiri vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 18 noyabr 2026
- Baxış
- 687
- Müraciət
- 47
- Son müraciət tarixi
- 18 dekabr 2026
- Kateqoriya
- Maliyyə, Bank və Sığorta
Vakansiya haqqında
Shaurma N1 Bakıda filial müdiri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Shaurma 1 komandamıza qoşulmaq üçün restoranın gündəlik fəaliyyətini effektiv idarə edə, komandanı düzgün yönləndirə və satış göstəricilərinin yüksəldilməsini təmin edə bilən “Filial müdiri” axtarışındayıq.
Vəzifə öhdəlikləri
- Filialın gündəlik fəaliyyətini təşkil etmək, iş proseslərinin fasiləsiz və standartlara uyğun icrasına nəzarət etmək;
- Satış, gəlirlilik və əməliyyat göstəricilərini izləmək, nəticələrin yaxşılaşdırılması üçün tədbirlər görmək;
- Məhsul qalığına, anbar uçotuna, sifarişlərin düzgünlüyünə və itkilərin minimuma endirilməsinə nəzarət etmək;
- Əməkdaşların iş qrafikini, davamiyyətini və növbələr üzrə iş bölgüsünü təşkil etmək;
- Komandanın idarə olunmasını, adaptasiyasını, təlimini və fəaliyyətinin qiymətləndirilməsini təmin etmək;
- Müştəri məmnuniyyətinə nəzarət etmək, şikayət və müraciətləri operativ həll etmək;
- Qida təhlükəsizliyi, sanitariya, gigiyena və əməyin mühafizəsi tələblərinə riayət olunmasını təmin etmək;
- Kassa əməliyyatlarına, avadanlıqların və filialın maddi resurslarının qorunmasına nəzarət etmək;
- Rəhbərliyə gündəlik və dövri hesabatlar təqdim etmək, müəyyən edilmiş hədəflərin icrasını təmin etmək.
Namizədə dair tələblər
Mütləq tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Restoran, ictimai iaşə və ya xidmət sahəsində 2–3 il iş təcrübəsi;
- Ən azı 1 il idarəetmə və ya rəhbər vəzifədə təcrübə;
- Restoran əməliyyatları, satış, anbar və komanda idarəçiliyi üzrə biliklər;
- MS Office, xüsusilə Excel proqramı üzrə işləmək bacarığı;
- Azərbaycan dilində səlis ünsiyyət və hesabat hazırlamaq bacarığı.
Üstünlük hesab olunur:
- Fast-food və ya şəbəkə restoranlarında iş təcrübəsi;
- KPI və satış göstəriciləri əsasında idarəetmə təcrübəsi.
Namizəddən gözləntilər
- Güclü liderlik və komandanı motivasiya etmək bacarığı;
- Operativ qərarvermə və problem həll etmə qabiliyyəti;
- Məsuliyyətlilik, intizam və nəticəyönümlülük;
- Stressə davamlılıq və dinamik iş mühitində işləmək bacarığı;
- Müştəriyönümlü yanaşma və yüksək kommunikasiya bacarıqları;
- Növbəli iş rejimində çalışmaq imkanı.
Qeyd: Restoran və ictimai iaşə sahəsində təcrübəli, peşəkar və idarəetmə bacarıqları yüksək olan xanım namizədlərə də üstünlük verilir.
İş prosesinin əsas istiqamətləri
- Filialın gündəlik fəaliyyətinin planlaşdırılması → Növbələrin və komandanın təşkili → Əməliyyat və xidmət standartlarına nəzarət → Satış və məhsul göstəricilərinin izlənilməsi → Problemlərin həlli və nəticələrin təhlili → Hesabatlılıq və inkişaf tədbirləri
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Filial müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.