Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Filial Meneceri - Şəki şəhəri

GL ASCBakıda filial müdiri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
19 noyabr 2026
Baxış
622
Müraciət
33
Son müraciət tarixi
19 dekabr 2026

Bakı şəhərində Maliyyə, Bank və Sığorta üzrə iş elanları

Vakansiya haqqında

GL ASC Bakıda filial müdiri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

"GL" ASC (Sizin Lombard) Şəki şəhərində yerləşən filialı üzrə Filial Meneceri vakansiyası elan edir!

Əsas vəzifə öhdəlikləri:

  • Filial əməkdaşlarının fəaliyyətinə və təqdim olunan kreditlərin icrasına nəzarət etmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət etmək və vaxtında ödənişlərin təmin olunmasına şərait yaratmaq;
  • Yeni kredit və satış metodlarının tətbiqi ilə bağlı təşəbbüslərlə çıxış etmək;
  • Kreditlərin təsnifləşdirilməsi və Kredit Komitəsinə təqdim olunmasını təşkil etmək;
  • Problemli kreditlərlə bağlı hesabatlar hazırlamaq və aidiyyəti şöbələrə təqdim etmək;
  • Filial üzrə müəyyən edilmiş hədəflərə nail olmaq və Baş Ofislə səmərəli əməkdaşlıq etmək.

Namizədə dair tələblər:

  • Maliyyə, kredit və ya satış sahəsində rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
  • Yaş həddi: 30–50;
  • Fərdi və komanda ilə işləmək bacarığı;
  • Təşəbbüskarlıq və yüksək məsuliyyətlilik.

İş şəraiti və təkliflər:

  • İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00–18:00
  • Əməkhaqqı: Razılaşma yolu ilə
  • Əlavə olaraq əməkhaqqının iki mislinə qədər bonus qazanmaq imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri.

Qeyd: Filialın kateqoriyası yüksəldikcə əməkhaqqı da mütənasib şəkildə artır.

Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Filial Meneceri (Şəki)" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur.

Əlaqə:

GL ASC şirkətinin digər vakansiyaları

GL ASC vakansiyaları