Fit-out Engineer (Təmir-tamamlama işləri üzrə mühəndis)
Webuild Construction and DesignBakıda fit-out engineer vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 13 noyabr 2026
- Son müraciət tarixi
- 13 dekabr 2026
- Kateqoriya
- Mühəndislik və Texniki işlər
Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə vakansiyalar
Vakansiya haqqında
Webuild Construction and Design Bakıda «Fit-out Engineer» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Yer: Bakı
Məşğulluq növü: Tam ştat
WEBUILD şirkəti komandamıza qoşulmaq, yaşayış, kommersiya və digər müxtəlif layihələrin icrası prosesində iştirak etmək üçün ən azı 2 il təcrübəsi olan Fit-Out Mühəndisi axtarır.
İdeal namizəd interyer (təmir-tamamlama) işlərinin texniki detalları üzrə dərin biliyə malik olmalı, layihənin icrasına nəzarət etməyi və cizgilərin sahədə düzgün tətbiqini təşkil etməyi bacarmalıdır.
Vəzifə öhdəlikləri
- Fit-out işlərinin sahədə icrasına və gündəlik nəzarətə
- Layihə sənədlərinin, çertyojların və spesifikasiyaların yoxlanması
- Material və avadanlıq tələblərinin müəyyən edilməsi
- İş həcmlərinin (BOQ) hesablanması və aktların hazırlanması
- Podratçıların işinin keyfiyyət və təhlükəsizlik baxımından yoxlanması
- Gündəlik və həftəlik hesabatların hazırlanması
- Fit-out Manager ilə sıx əməkdaşlıq
Əsas tələblər
- Fit-out (təmir-tamamlama), interyer layihələrinin icrası və sahə mühəndisliyi üzrə ən azı 2 illik iş təcrübəsi
- Layihə və cizgilərin koordinasiyası: Memarlıq və dizayn cizgilərini (Shop Drawings) dərindən oxumaq və təhlil etmək bacarığı. İnteryer (tamamlama/mebel) işləri ilə mühəndislik (MEP: mexanika, elektrik, santexnika) sistemlərinin kəsişmələrini sahədə koordinasiya etmək və dizaynı texniki reallığa uyğunlaşdırmaq
- Dəqiq material smetası və xərc proqnozlarını təmin etmək üçün kəmiyyət hesablamalarının (metraj/BOQ) aparılması
- Bütün görülən işlərin tikinti-quraşdırma standartlarına və spesifikasiyalara cavab verməsini təmin etmək üçün layihə komandası ilə sıx əməkdaşlıq
- Təmir-quraşdırma prosesinə birbaşa nəzarət etmək və layihələrin keyfiyyətini, büdcəsini və icra qrafikini qoruyub saxlamaq
- Tikinti sahəsindəki işlərin normativ qaydalara və layihə tələblərinə uyğunluğunun təmin edilməsi
- Mövcud cizgilərdə sahəyə uyğun operativ düzəlişlər edə bilmək üçün AutoCAD (və ya Revit) proqramında sərbəst işləmək bacarığı
- Dil bilikləri: Azərbaycan dili (səlis), ingilis dili (arzuolunandır)
Qeyd: İcra prosesində dəqiqlik və texniki detallara diqqət çox vacibdir. İdeal namizəd dizayn konseptini sahədə düzgün tətbiq etməyi, podratçılarla (və ya istehsalat qrupu ilə) texniki detalları dəqiqləşdirməyi və quraşdırma/təmir prosesində yarana biləcək mühəndislik problemlərini operativ şəkildə həll etməyi bacarmalıdır.
Zəhmət olmasa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində vəzifənin adını yazın. İştirak etdiyiniz layihələrin siyahısı və ya portfolionuz varsa, əlavə etməyiniz arzuolunandır.