Topoqraf Geodeziya mühəndisi
Webuild Construction and DesignBakıda topoqraf vakansiyası
Maaş: 1.500 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 4 noyabr 2026
- Son müraciət tarixi
- 4 dekabr 2026
- Kateqoriya
- Tikinti və Daşınmaz Əmlak
Vakansiya haqqında
Webuild Construction and Design Bakıda topoqraf axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Tikinti layihələrimizdə bizimlə birgə çalışacaq təcrübəli topoqraf (geodeziya mühəndisi) axtarırıq.
İş şəraiti
- İş yeri: Bakı, Bilgəh
- Əmək haqqı: 1500-2000 AZN
Vəzifə öhdəlikləri
- Tikinti ərazisində topoqrafik və geodeziya ölçmə işlərinin aparılması
- Tikinti sahəsinin koordinatlarının və yüksəkliklərinin müəyyən edilməsi
- Layihəyə uyğun olaraq bina oxlarının, fundamentlərin, sütunların və divarların ərazidə nişanlanması
- Tikinti prosesində ölçmə və yoxlama işlərinin aparılması
- Layihə koordinatları ilə faktiki ölçmə nəticələrinin müqayisə edilməsi, kənarlaşmaların aşkar edilməsi
- İcra sənədləri üçün faktiki ölçmələrin aparılması və məlumatların hazırlanması
- Sahədə qazıntı və dolğu işlərinin həcminin çıxarılması
- Ölçmə nəticələrinin qeydiyyatı və hesabatların hazırlanması
- Mühəndislər və sahə rəisləri ilə birlikdə işləmək
- Ölçmə zamanı dəqiqliyə və texniki təhlükəsizlik qaydalarına riayət etmək
Namizədə tələblər
- Ali və ya orta ixtisas təhsili (geodeziya, topoqrafiya, inşaat və ya uyğun sahə)
- Tikinti sahəsində 2-4 il topoqraf kimi iş təcrübəsi
- Total station və nivelir cihazları ilə müstəqil işləməyi bacarmaq
- AutoCAD proqramını əsas səviyyədə bilmək
- Məsuliyyətli və diqqətli olmaq, sahədə işləməyə hazır olmaq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.