Fosfatlama şöbəsinin operatoru
SAMT LLCBakıda fosfatlama şöbəsinin operatoru vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Könüllü
- Dərc olunub
- 4 noyabr 2026
- Son müraciət tarixi
- 4 dekabr 2026
- Kateqoriya
- İstehsalat və Kənd Təsərrüfatı
Bakı şəhərində İstehsalat və Kənd Təsərrüfatı üzrə vakansiyalar
Vakansiya haqqında
SAMT LLC Bakıda «Fosfatlama şöbəsinin operatoru» vəzifəsinə işçi axtarır. Könüllü iş. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş yeri: Sumqayıt / Xızı
Əsas öhdəliklər:
- Fosfatlama xəttində metal məhsulların fosfatlanmasını düzgün şəkildə həyata keçirmək və təyin edilmiş keyfiyyət standartlarına uyğun olmasını təmin etmək;
- Fosfatlama xəttini ,hidrogen ayrılması sobası və tərs osmos avadanlıqlarını idarə etmək, düzgün işləməsini təmin etmək və nasazlıqları dərhal aradan qaldırmaq;
- Fosfatlama prosesinin hər mərhələsini izləyərək keyfiyyətə nəzarət etmək və müəyyən edilmiş standartlara uyğunluğu təmin etmək;
- Fosfatlama üçün istifadə olunan kimyəvi maddələrin və materialların mövcudluğunu izləmək və ehtiyatları müntəzəm olaraq yeniləmək;
- Yerinə yetirilən fosfatlama işləri və işin gedişatı barədə birbaşa rəhbərinə müntəzəm məlumat vermək;
- Metal komponentləri müəyyən edilmiş proqram və parametrlərə uyğun olaraq istilik sobalarında və digər avadanlıqlarda qızdırmaq və soyutmaq;
- Materialları avadanlıqlara düzgün şəkildə yükləmək və boşaltmaq, zədələnmədən yerləşdirmək və daşımaq;
- Termiki emal avadanlıqlarının düzgün və sabit işləməsini təmin etmək üçün onları yoxlamaq və kalibrləmək;
- Prosesin gedişi, parametrlər və yoxlama nəticələri üzrə dəqiq qeydiyyat aparmaq və sənədləşdirmək;
- Aşkarlanmış hər hansı yayınma, qüsur və ya problemi rəhbərliyə bildirmək və düzəldici tədbirlər görmək;
- Termiki emal əməliyyatlarına dair bütün təhlükəsizlik qaydalarına və fərdi mühafizə vasitələrinin istifadəsinə ciddi riayət etmək;
- Səmərəliliyi, keyfiyyəti və təhlükəsizliyi artırmaq üçün təkliflər vermək və təşəbbüs göstərmək.
Tələblər:
- Orta və ya texniki/peşə təhsili;
- Fosfatlama, termiki emal və ya digər kimyəvi təmizləmə proseslərində iş təcrübəsi – 1 il;
- Elektrostatik toz boya, havalı və ya havasız spreylə boya texnologiyası haqqında baza biliklər;
- Metal sənayesində iş təcrübəsi – üstünlükdür;
- Sahə üzrə müvafiq sertifikatlar – üstünlükdür.
Şirkət tərəfindən verilən imtiyazlar:
- Nahar;
- Könüllü tibbi sığorta;
- Servis nəqliyyatı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Fosfatlama şöbəsinin operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.