Əsas məzmuna keç
GoJob

İcra İşləri üzrə Aparıcı Hüquqşünas

FINCA AzerbaijanBakıda hüquqşünas vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
5 oktyabr 2026
Son müraciət tarixi
4 noyabr 2026
Kateqoriya
Hüquq

Bakı şəhərində Hüquq üzrə vakansiyalar

Vakansiya haqqında

FINCA Azerbaijan Bakıda hüquqşünas axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üçün İcra işləri üzrə Aparıcı Hüquqşünas vəzifəsinə işçi axtarışı elan edir.


Əsas vəzifə öhdəlikləri hansılardır?


  • İcraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür; 
  • İcraata daxil olmuş icra sənədlərinin icrası ilə əlaqədar  yerli icra qurumların icra məmurları ilə əlaqə yaradır; 
  • Zərurət olduqda borcun ödənilməsi istiqamətində müstəqil qaydada, o cümlədən icra məmurları ilə birgə borcluların ünvanına, yaşayış və iş yerlərinə, əmlakının olduğu yerlərə səfərlər edir və ya bu tədbirlərdə icra məmurunu müşayiət edir; 
  • Mütəmadi olaraq Rayon icra şöbələrinə səfərlər edir. 
  • Borclu hüquqi şəxsin və ya fiziki şəxsin yaşayış yerinin, borclunun əmlakının olduğu yeri müəyyən edilməsində, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və  onun digər əmlakının və gəlirlərinin axtarışı ilə bağlı tədbirlərdə icra məmuru ilə qarşılıqlı əməkdaşlıq edir, yazışmalar aparır və icra məmurunu lazımi məlumatlarla təmin edir; 
  • Müvafiq icra hərəkətlərinin aparılması ilə bağlı icra qurumuna yazılı və şifahi müraciətlər edir, vəsatətlər qaldırır, zəruri olan hallarda məhkəmə prosesslərində təşkilatı təmsil edir; 
  • Gecikdirlilmiş kreditlərin və ödəniş etməyən müştərilərlə bağlı məlumatlar xüsusi maliyyə proqramı vasitəsilə İcra İşləri Şöbəsinin icraatına köçürüldüyü gündən borcun ödənilməsi istiqamətində tədbirlər görür; 
  • İcra işinin həyata keçirilməsi ilə bağlı bütün yazışmaların surətləri müvafiq işə əlavə edilərək saxlanılır, eyni zamanda görülmüş işlər barəsində “Kollektorların hesabatı”  cədvəlində müvafiq qeydlər edir; 
  • Rəhbərini məlumatlandırmaq şərtilə, icra işinin icra orqanı tərəfindən geri qaytarılması halı, icra üsulunun dəyişdirilməsi, icraatın dayandırlıması,icra vərəqinin məhkəməyə qaytarılması,  icra məmurunun hərəkət və ya hərəkətsizliklərindən şikayətin verilməsi,  daşınmaz əmlakın qiymətləndirilməsindən və ya hərracın nəticələrindən şikayət edir; 
  • Kifayət qədər əmlakın olmaması və ya hər hansısa digər səbəbdən icra mümkün olmazsa, vəziyyəti şöbə rəhbəri, lazım gəldikdə isə Departament Rəhbəri  ilə müzakirə edir; 
  • Həftəlik, aylıq və digər hesabatları vaxtlı-vaxtında təqdim etmək, icraatında olan işlərlə bağlı təlimatda göstərilən müddətlərdə bütün zəruri addımları görür; 
  • Həftəlik görülmüş işlərin nəticələrinə dair  həftəlik hesabat hazırlayır; 
  • Tələb olunan formada borcların yığılması, cari borclu müştərilər barədə məlumatlar və borcların yığılmasının nəticələrinə dair rəhbərinə hesabatlar verir; 
  • Rəhbərinin göstərişi üzrə Hüquq Departamentinə daxil olan bütün digər işlərin icra edilməsi. 


FINCA Azerbaijan şirkətinin digər vakansiyaları

FINCA Azerbaijan vakansiyaları