Əsas məzmuna keç
GoJob

Problemli Kreditlər üzrə İşçi

FINCA AzerbaijanBakıda problemli kreditlər üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 oktyabr 2026
Son müraciət tarixi
28 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

FINCA Azerbaijan Bakıda problemli kreditlər üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Rol haqqında:

  • Problemli Kreditlər üzrə İşçi şirkətin təyin olunmuş gecikmədə olan portfeli üzrə kreditlərə mərkəzləşdirilmiş qaydalara uyğun nəzarət, müştərilərlə yüksək keyfiyyətli danışıqlar aparmaq və səmərəli ünsiyyət vasitəsilə müştərinin geri ödənişini təmin edilməsinə cavabdehdir.

Vəzifə öhdəlikləri

  • Təyin olunmuş problemli (Hard) kredit portfelinin effektiv şəkildə idarə olunması
  • Borcalanlarla mütəmadi əlaqənin saxlanılması və borcun qaytarılması üzrə danışıqların aparılması
  • Məhkəmə qərarı olan kredit hesabları üzrə məcburi icra tədbirlərinin icrasına nəzarətin təmin edilməsi
  • İcra tədbirlərinin gecikdirildiyi hallar aşkarlandıqda dərhal hüquqşünaslara məlumat verilməsi və proseslərin koordinasiyası
  • Problemli kreditlərin təhlili, risklərin müəyyən edilməsi və 
  • müvafiq hesabatların hazırlanması
  • Kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması və bərpa göstəricilərinin artırılması üçün təkliflərin hazırlanması

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, maliyyə və ya hüquq sahələri üzrə üstünlük verilir)
  • Bank və ya kredit təşkilatında problemli kreditlər, (məhkəmə qərarı olan hesablar üzrə təcrübə üstünlükdür) minimum 6 ay iş təcrübəsi
  • Çətin müştərilərlə işləmək, danışıqlar aparmaq və konfliktləri idarə etmək bacarığı
  • Analitik düşüncə tərzi, yüksək məsuliyyətlilik və operativlik
  • Azərbaycan dilində sərbəst, səlis və aydın ünsiyyət bacarığı

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Push30

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

FINCA Azerbaijan şirkətinin digər vakansiyaları

FINCA Azerbaijan vakansiyaları