Kibertəhlükəsizlik üzrə Menecer
Aviation Services GroupBakıda informasiya təhlükəsizliyi üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 17 noyabr 2026
- Baxış
- 663
- Müraciət
- 55
- Son müraciət tarixi
- 17 dekabr 2026
- Kateqoriya
- İnformasiya Texnologiyaları
Vakansiya haqqında
Aviation Services Group Bakıda informasiya təhlükəsizliyi üzrə mütəxəssis axtarır. Tam ştat, ofisdə iş. Vakansiyada 12 tələb göstərilib; müraciət e-poçtla, birbaşa işəgötürənə.
Aviation Services Group Kibertəhlükəsizlik üzrə Menecer vəzifəsinə işçi axtarışını elan edir.
Vəzifə borcları:
- Cəmiyyətin informasiya sistemlərinin və infrastrukturunun kibertəhlükəsizliyini təmin etmək;
- İnformasiya təhlükəsizliyi sahəsində qanunvericiliyin və daxili normativ sənədlərin tələblərinə əməl olunmasına nəzarət etmək;
- İnformasiya təhlükəsizliyi üzrə siyasət və prosedurların hazırlanmasında və tətbiqində iştirak etmək;
- Kibertəhlükəsizlik risklərini qiymətləndirmək və onların azaldılması üçün tədbirlər təklif etmək;
- Təhlükəsizlik insidentlərinin aşkarlanmasını və onlara vaxtında reaksiya verilməsini təmin etmək;
- Aidiyyəti dövlət qurumları və struktur bölmələri ilə kibertəhlükəsizlik məsələləri üzrə qarşılıqlı əlaqə qurmaq;
- Əməkdaşların informasiya təhlükəsizliyi üzrə məlumatlılığının artırılmasında iştirak etmək;
- Rəhbərliyin kibertəhlükəsizlik sahəsində verdiyi digər tapşırıqları yerinə yetirmək.
İş şəraiti
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
- İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu
- İş qrafiki: Tam ştat (həftədə 5 gün, saat 10:00-dan 19:00-dək).
- Şirkət Koroğlu m/st ödənişsiz servis nəqliyyatı təmin edir.
Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Tələblər
- Ali təhsil - İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya təhlükəsizliyi və ya əlaqəli ixtisas;
- Iş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya kibertəhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi (aviasiya sahəsində təcrübə üstünlükdür);
- CompTIA Security + ISO/IEC 27001 və ya oxşar sertifikatların olması üstünlükdür;
- Kompüter proqramları bilikləri: MS Office; şəbəkə təhlükəsizliyi vasitələri (firewall, IDS/IPS, SIEM, EDR); Windows və Linux əməliyyat sistemləri; zəifliklərin skan edilməsi alətləri
- Kibertəhlükəsizlik və fərdi məlumatlar sahəsində Azərbaycan Respublikasının qanunvericiliyini bilmək;
- ISO/IEC 27001, NIST CSF və ya oxşar beynəlxalq standartları bilmək;
- Risklərin qiymətləndirilməsi və insidentlərin idarə edilməsi bacarığı;
- Bulud xidmətlərinin təhlükəsizliyi üzrə biliklər;
- Analitik düşüncə, məsuliyyət və konfidensiallığa riayət;
- Stres altında operativ qərar qəbul etmək bacarığı;
- Zərurət yarandıqda iş vaxtından kənar insidentlərə reaksiya verməyə hazır olmaq;
- Dil bilikləri: Azərbaycan dili - əla; ingilis və rus dilləri – yaxşı səviyyədə bilmək.
Aviation Services Group şirkətinin digər vakansiyaları
Bakıda hüquqşünas vakansiyasıAviation Services Group, Bakı
Bakıda əmək haqqı üzrə mühasib vakansiyasıAviation Services Group, Bakı
Bakıda mühasib vakansiyasıAviation Services Group, Bakı
Bakıda mühasib vakansiyasıAviation Services Group, Bakı
Aviation Services Group haqqında
- Aktiv vakansiya
- 5
- Son 6 ayda
- 12
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- mühasib
- xərclərə nəzarət üzrə mütəxəssis
- maliyyə meneceri
- informasiya təhlükəsizliyi üzrə mütəxəssis
- hüquqşünas
Aviation Services Group vakansiyaları: hazırda GoJob-da 5 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən mühasib, xərclərə nəzarət üzrə mütəxəssis, maliyyə meneceri, informasiya təhlükəsizliyi üzrə mütəxəssis və hüquqşünas vəzifələrinə işçi axtarır. Son 6 ayda Aviation Services Group şirkətində iş üçün 12 vakansiya dərc olunub. Aviation Services Group vakansiyalarında maaş adətən 1 175–3 750 AZN arasındadır. Aviation Services Group işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
Aviation Services Group: bütün vakansiyalar (5)«Kibertəhlükəsizlik üzrə Menecer» vakansiyası haqqında suallar
Aviation Services Group hansı şərtləri təklif edir?
- Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
- İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu
- İş qrafiki: Tam ştat (həftədə 5 gün, saat 10:00-dan 19:00-dək).
Aviation Services Group namizəddən nə tələb edir?
- Ali təhsil - İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya təhlükəsizliyi və ya əlaqəli ixtisas;
- Iş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya kibertəhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi (aviasiya sahəsində təcrübə üstünlükdür);
- CompTIA Security + ISO/IEC 27001 və ya oxşar sertifikatların olması üstünlükdür;
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat; iş günləri: həftədə 5 gün.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.