İnsan Resursları (HR) üzrə mütəxəssis
Istanbul TeknikBakıda insan resursları üzrə mütəxəssis vakansiyası
Maaş: 900 ₼-dən / ay
- Yerləşmə
- Bakı, Xətai
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 19 oktyabr 2026
- Son müraciət tarixi
- 18 noyabr 2026
- Kateqoriya
- İnsan Resursları
Vakansiya haqqında
Istanbul Teknik Bakının Xətai rayonunda insan resursları üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 900 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Əsas vəzifə öhdəlikləri:
- Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) daxil edilməsi və müvafiq sənədləşmənin icra edilməsi;
- ƏMAS sistemində dəyişikliklərin edilməsi;
- Əmək haqqı, məzuniyyət, son haqq-hesab, ezamiyyə, təzminat, əmək qabiliyyəti olmama vərəqələrinin hesablanması və ödənilməsi (müvafiq hesablara yüklənməsi);
- Aylıq iş vaxtının uçot tabelinin hazırlanması;
- Əməkhaqqı kartlarının sifarişinin verilməsi;
- Əmək qanunvericiliyinin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
- İş fəaliyyəti ilə əlaqədar müvafiq hesabatların dövlət qurumlarına və rəhbərliyə təqdim edilməsi;
- Qanunvericiliyin tələblərinə əsasən digər sənədlərin tərtib edilməsi;
- DƏMX-dən və digər qurumlardan ünvanlanan sorğuların cavablandırılması;
- Vəzifə təlimatlarının yazılması;
- Arayış, xəstəlik vərəqələri və çıxarışların hazırlanması, qeydiyyatı;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanaraq təqdim edilməsi.
Namizədə tələblər:
- Əlaqədar sahə üzrə bakalavr dərəcəsi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarə olunması, funksiyaları və prosedurları haqqında geniş biliyə sahib olmalı;
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- MS Office proqramlarını sərbəst istifadə bacarığı;
- İnsan resursları sahəsində azı 2 il iş təcrübəsi;
- Yaş həddi: 25–30;
- Məsuliyyətli, öyrənməyə həvəsli və güclü təşkilatçılıq bacarığı.
İş şərtləri:
- 09:00–18:00 / 5 günlük iş həftəsi;
- İstirahət günləri: şənbə və bazar günü;
- Əmək haqqı: 900–1000 AZN;
- İş yeri ünvanı: Bakı şəhəri, Xətai rayonu, AGA Center (Xətai metrosuna 5 dəqiqəlik məsafə).
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.