Əsas məzmuna keç
GoJob

İnsan Resursları üzrə Mütəxəssis

Crystal Accfin MMCBakıda insan resursları üzrə mütəxəssis vakansiyası

Maaş: 600 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
26 sentyabr 2026
Son müraciət tarixi
26 oktyabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə vakansiyalar

Vakansiya haqqında

Crystal Accfin MMC Bakıda insan resursları üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Nazirlər kabinetinin işçilərlə münasibətlər üzrə qərarları üzrə əsas biliklər;
  • 1 C 8.3 platformasında, ƏMAS və e-sosial və digər dövlət platformalarında işləmək bacarığı;
  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;      
  • Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus və ingilis dili– arzuolunandır.
  • Diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik.

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikası qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, xitam, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi və s. əmrlərinin yazılması; 
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;
  • İşçilərin əmək müqavilələrinin sistemə daxil edilməsi, xitam, dəyişiklik və məzuniyyət əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
  • Aylıq davamiyyət məlumatlarının yoxlanılması və sistemləşdirilməsində iştirak etmək;
  • Məzuniyyət qrafiklərinin hazırlanmasına və məzuniyyətlərin uçotunun aparılmasına dəstək göstərmək;
  • Arayışların hazırlanması və qeydiyyatın aparılması;
  • Əmək haqqı Hesablama uçotunun aparılması və 1C 8.3 Sistemə işlənməsi

Qeyd: Şirkət mühasibatlıq sahəsində məsləhət şirkəti olduğu üçün fərqli müəssisələrin işçilər və əmək haqqı ilə bağlı işlərinin icrası və hesabat verilməsi bu vəzifə üzrə tələb olunacaqdır.

Əlavə məlumat:

  •  İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  •  İş yeri: Bakı şəhəri 
  • Əməkhaqqı - ilk 3 ay 600 AZN, 4-cü aydan 800 Azn
  •  Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İnsan Resursları üzrə mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərilməsi xahiş olunur

Crystal Accfin MMC şirkətinin digər vakansiyaları

Crystal Accfin MMC vakansiyaları