Cost Controller
Crystal Accfin MMCBakıda xərclərə nəzarət üzrə mütəxəssis vakansiyası
Maaş: 2.500 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 10 oktyabr 2026
- Son müraciət tarixi
- 9 noyabr 2026
- Kateqoriya
- Maliyyə və Bank
Vakansiya haqqında
Crystal Accfin MMC Bakıda xərclərə nəzarət üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 2 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Əsas vəzifələr
Büdcələşdirmə və planlaşdırma
- İllik, rüblük və aylıq xərc büdcələrinin hazırlanmasında iştirak etmək və koordinasiya etmək
- Büdcə layihələrini struktur bölmələrdən toplayıb konsolidasiya etmək
- Büdcə limitlərini 1C ERP sistemində qurmaq və yeniləmək
- Proqnozların (forecast) hazırlanması və yenilənməsi
Xərclərin nəzarəti və təhlili
- Faktiki xərclərin büdcə ilə müqayisəsi (plan-fakt təhlili) və kənarlaşmaların səbəblərinin araşdırılması
- Xərc mərkəzləri (cost center) və xərc maddələri üzrə nəzarət
- Xərclərin optimallaşdırılması üçün təkliflərin hazırlanması
- Büdcədənkənar və limiti aşan xərclərin aşkarlanması və rəhbərliyə məlumat verilməsi
Maya dəyəri
- Məhsul/xidmət üzrə maya dəyərinin hesablanması və təhlili
- Birbaşa və dolayı xərclərin bölüşdürülməsi (allokasiya)
- Standart və faktiki maya dəyərinin müqayisəsi
1C ERP üzrə işlər
- 1C ERP sistemə nəzarət və səhv yaradılmış sorğuların düzəlişi üçün sistem admin və user arası koordinasiyanın təşkili
- Xərc və büdcə məlumatlarının 1C ERP-də düzgün və vaxtında qeydiyyatına nəzarət
- Büdcə sənədlərinin, sorğuların və müqavilələrin büdcə uyğunluğunun yoxlanması
- 1C-dən hesabatların çıxarılması və təhlili
- Analitik uçot elementlərinin (xərc maddələri, layihələr, mərkəzlər) idarə edilməsi
Hesabatlıq
- Aylıq/rüblük xərc və büdcə icra hesabatlarının hazırlanması
- Rəhbərlik üçün dashboard və analitik təqdimatlar
- Maliyyə şöbəsi, mühasibatlıq və digər bölmələrlə məlumat uyğunlaşdırması
- Audit və daxili yoxlamalar üçün sənədlərin təqdim edilməsi
Namizədə tələblər (təklif)
- Ali təhsil (maliyyə, mühasibat, iqtisadiyyat, biznes idarəetməsi)
- Cost controlling, büdcələşdirmə və ya maliyyə təhlili sahəsində ən azı 3 il təcrübə
- 1C ERP sistemində (büdcə modulu) təcrübə
- Excel biliyi (Pivot, VLOOKUP/XLOOKUP, formullar), Power BI bilikləri üstünlükdür
- MHBS/IFRS və Azərbaycan mühasibat uçotu standartlarının bilinməsi
- Analitik düşüncə, diqqətlilik, hesabat hazırlama bacarığı
- İngilis və rus dili biliyi (sənədlər və hesabatlar üçün)
- CMA, ACCA, CIMA kimi sertifikatlar üstünlükdür
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.