HR Mütəxəssisi
Miniso Co LLCBakıda insan resursları üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Müvəqqəti
- Dərc olunub
- 14 noyabr 2026
- Baxış
- 689
- Müraciət
- 28
- Son müraciət tarixi
- 14 dekabr 2026
- Kateqoriya
- İnsan Resursları
Vakansiya haqqında
Miniso Co LLC Bakıda insan resursları üzrə mütəxəssis axtarır. Müvəqqəti iş. Müraciət birbaşa işəgötürənə göndərilir.
Ümumi Tələblər
- Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
- İnsan Resursları sahəsində iş təcrübəsi - 1 ildən artıq; (Retail sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
- Sap bilikləri;
- MS Excel əla səviyyədə
- Yüksək səviyyədə Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
- Elektron Hökümət Portalları ilə (ƏMAS) işləmə bacarığı;
- Kadr kargüzarlığının aparılmasına dair biliklər;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı.
İş Haqqında Məlumat
- ƏMAS sistemində dəyişikliklərin olunması; (vəzifə, əmək haqqı, iş yeri, qrafik, miqrasiya uzadılması).
- ƏMAS sistemində dəyişikliklərin olunması zamanı SİMA tətbiqində işçinin şəxsi kabinetinə göndərilməsi və imzalanması;
- DSMF-yə aid ödənişlərin (Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, Hamiləliyə və doğuma görə, Uşağın anadan olmasına görə, Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə) göndərilməsi;
- Əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edən işçilərin qəbulu, fərdi söhbətlərin aparılması;
- Yeni işə qəbul olan işçilərlə əmək müqaviləsi bağlanılması işinin həyata keçirilməsi, onların şəxsi qovluqlarının formalaşdırılması;
İş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Tam Ştat
- İş saatları:Bazar ertəsi-Cümə 09:00 – 17:00; Şənbə 10:00-14:00
- İş günləri: Altı günlük: Bazar ertəsi-Şənbə (qısa iş günü)
- Nahar fasiləsi: 13:00-14:00;
- İstirahət günü: Bazar;
- İş yeri: Bakı şəhəri, AF Business House Miniso Azerbaijan (baş ofis)
- Əmək haqqı: Müsahibə əsasında
Uyğun namizədlər öz CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.