Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

İnsan Resursları Mütəxəssisi (Əməliyyatlar üzrə)

ModulXBakıda insan resursları üzrə mütəxəssis vakansiyası

Maaş: 1.500 ₼-dən / ay

Yerləşmə
Bakı, Yasamal
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
19 noyabr 2026
Baxış
630
Müraciət
51
Son müraciət tarixi
19 dekabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə iş elanları

Vakansiya haqqında

ModulX Bakının Yasamal rayonunda insan resursları üzrə mütəxəssis axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas öhdəliklər:

  • İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və şirkətin daxili qaydalarına uyğun təşkili;
  • Vakansiya elanlarının hazırlanması və paylaşılması;
  • Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak;
  • Yeni işçilərin işə qəbul və adaptasiya prosesinin təşkili, tələb olunan sənədlərin hazırlanması və oriyentasiya proqramının həyata keçirilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;
  • İşə qəbul, vəzifə, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsi;
  • İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək;
  • ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə işlənilməsi, aktuallığına və məxfiliyinə nəzarəti;
  • Tabellərin doldurulması və əmrlərin hazırlanması;
  • Məzuniyyət cədvəllərinin tərtibi və məzuniyyətlərin verilməsinə nəzarət;
  • Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması;
  • İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi.
  • İşçilərin İR-la bağlı suallarına cavab verilməsi və problemlərin vaxtında həlli

Tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya müvafiq sahələr üzrə);
  • İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi;
  • HR proseslərinin təkmilləşdirilməsi üzrə biliklər;
  • MS Office və yaxşı səviyyədə Exceldə işləmək baqcarığı;
  • Analitik düşünmə, problem həlletmə və qərarvermə bacarığı;
  • Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı;
  • Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı;
  • Tabellərlə işləmə bacarığı;
  • Məzuniyyət və icazələrin verilməsi, işçilərin gediş-gəliş saatlarının nəzarətində təcrübə;
  • Əmək haqlarının hesablanması və ödənilməsi prosesləri ilə bağlı təcrübə (üstünlükdür)

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Oxşar vakansiyalar