Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

HR üzrə mütəxəssis

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutuBakıda insan resursları üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
20 noyabr 2026
Baxış
641
Müraciət
34
Son müraciət tarixi
20 dekabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə iş elanları

Vakansiya haqqında

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu Bakıda insan resursları üzrə mütəxəssis axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əsas vəzifə və öhdəliklər

  • İnsan resurslarının idarə edilməsi strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • İşə qəbul və istedadların cəlb edilməsi proseslərini müasir metodlarla təşkil etmək;
  • Əməkdaşların adaptasiyası (Onboarding), inkişafı və karyera planlaşdırılması proseslərini idarə etmək;
  • Əməyin qiymətləndirilməsi və performansın idarə edilməsi prosesinin təşkili;
  • Əməkdaş məmnuniyyəti, motivasiyası və təşkilata bağlılığının artırılması istiqamətində təşəbbüslər irəli sürmək;
  • Təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, fərdi və korporativ inkişaf proqramları hazırlamaq;
  • HR proseslərinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması üzrə təşəbbüslər həyata keçirmək;
  • Əmək qanunvericiliyinin tələblərinə uyğun kadr inzibatçılığını və sənədləşməni təmin etmək;
  • Müasir HR trendlərini, süni intellekt və rəqəmsal alətlərin imkanlarını iş proseslərinə inteqrasiya etmək;
  • Sağlam, inklüziv, əməkdaşyönümlü və yüksək performanslı iş mühitinin formalaşdırılmasına töhfə vermək.

Namizədə dair tələblər

  • İnsan resurslarının idarə edilməsi, menecment  və ya müvafiq sahə üzrə ali təhsil;
  • HR sahəsində minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktları bilmək;
  • Müasir HR metodologiyaları və insan kapitalının idarə edilməsi prinsipləri haqqında biliklər;
  • MS Office proqramları, xüsusilə Excel üzrə istifadə bacarığı;
  • Rəqəmsal HR platformaları ilə işləmək bacarığı üstünlükdür;
  • Süni intellekt alətlərindən və rəqəmsal texnologiyalardan səmərəli istifadə bacarığı üstünlükdür;
  • Güclü kommunikasiya, analitik düşünmə və problem həll etmə bacarıqları;
  • Komanda ilə işləmək, təşəbbüskarlıq və dəyişikliklərin idarə edilməsi bacarığı;
  • Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək;
  • Azərbaycan, rus  və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı olan  namizədlərə üstünlük verilir. 

İş barədə məlumat:

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: 5 gün/ 09:00 – 18:00
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq
  • AR-nın Əmək Məcəlləsinə əsasən işə qəbul

CV-lər [email protected] və [email protected]  email ünvanlarına təqdim olunsun.

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu şirkətinin digər vakansiyaları

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu vakansiyaları