Skip to content
GoJob
Back to jobs

HR üzrə mütəxəssis

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutuHR specialist job in Baku

Salary: No salary given

Location
Bakı
Work mode
On-site
Employment type
Full time
Posted
November 20, 2026
Views
641
Applications
34
Apply before
December 20, 2026

Human Resources jobs in Baku

About this job

Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu is hiring an HR specialist in Baku. Full-time. Apply directly to the employer.

Əsas vəzifə və öhdəliklər

  • İnsan resurslarının idarə edilməsi strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • İşə qəbul və istedadların cəlb edilməsi proseslərini müasir metodlarla təşkil etmək;
  • Əməkdaşların adaptasiyası (Onboarding), inkişafı və karyera planlaşdırılması proseslərini idarə etmək;
  • Əməyin qiymətləndirilməsi və performansın idarə edilməsi prosesinin təşkili;
  • Əməkdaş məmnuniyyəti, motivasiyası və təşkilata bağlılığının artırılması istiqamətində təşəbbüslər irəli sürmək;
  • Təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, fərdi və korporativ inkişaf proqramları hazırlamaq;
  • HR proseslərinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması üzrə təşəbbüslər həyata keçirmək;
  • Əmək qanunvericiliyinin tələblərinə uyğun kadr inzibatçılığını və sənədləşməni təmin etmək;
  • Müasir HR trendlərini, süni intellekt və rəqəmsal alətlərin imkanlarını iş proseslərinə inteqrasiya etmək;
  • Sağlam, inklüziv, əməkdaşyönümlü və yüksək performanslı iş mühitinin formalaşdırılmasına töhfə vermək.

Namizədə dair tələblər

  • İnsan resurslarının idarə edilməsi, menecment  və ya müvafiq sahə üzrə ali təhsil;
  • HR sahəsində minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktları bilmək;
  • Müasir HR metodologiyaları və insan kapitalının idarə edilməsi prinsipləri haqqında biliklər;
  • MS Office proqramları, xüsusilə Excel üzrə istifadə bacarığı;
  • Rəqəmsal HR platformaları ilə işləmək bacarığı üstünlükdür;
  • Süni intellekt alətlərindən və rəqəmsal texnologiyalardan səmərəli istifadə bacarığı üstünlükdür;
  • Güclü kommunikasiya, analitik düşünmə və problem həll etmə bacarıqları;
  • Komanda ilə işləmək, təşəbbüskarlıq və dəyişikliklərin idarə edilməsi bacarığı;
  • Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək;
  • Azərbaycan, rus  və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı olan  namizədlərə üstünlük verilir. 

İş barədə məlumat:

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: 5 gün/ 09:00 – 18:00
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq
  • AR-nın Əmək Məcəlləsinə əsasən işə qəbul

CV-lər [email protected] və [email protected]  email ünvanlarına təqdim olunsun.

More jobs at Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu

Jobs at Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu