İstedadların cəlb edilməsi üzrə aparıcı mütəxəssis
PMD Projects MMCBakıda istedadların cəlb edilməsi üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 24 noyabr 2026
- Baxış
- 649
- Müraciət
- 49
- Son müraciət tarixi
- 24 dekabr 2026
- Kateqoriya
- Tikinti və Daşınmaz Əmlak
Vakansiya haqqında
PMD Projects MMC Bakıda «İstedadların cəlb edilməsi üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.
Təsvir
- Baş ofis və inşaat layihələri üzrə işə qəbul ehtiyaclarını müəyyənləşdirmək və vakansiyaların vaxtında bağlanmasını təmin etmək;
- Vakansiya sifarişçiləri ilə əməkdaşlıq edərək vəzifə tələblərini, əsas səriştələri, təcrübə meyarlarını və namizəd profilini dəqiqləşdirmək;
- Texniki və mühəndislik peşələri, layihə idarəetməsi və inşaat sahəsi rolları üzrə istedadların axtarışı və cəlb edilməsi strategiyalarını hazırlamaq və həyata keçirmək;
- Müxtəlif mənbələrdən, o cümlədən peşəkar şəbəkələr, işə qəbul platformaları, referal proqramları, birbaşa axtarış (headhunting) və namizəd bazalarından istifadə etməklə namizədləri müəyyənləşdirmək və cəlb etmək;
- Namizədlərin ilkin seçimini, müsahibələrin təşkilini və keçirilməsini, səriştə və texniki qiymətləndirmələrin koordinasiyasını, istinad yoxlamalarının və iş təkliflərinin hazırlanması prosesini idarə etmək;
- Vakansiya sifarişçiləri ilə müntəzəm əlaqə saxlayaraq seçim prosesinin mərhələləri, namizəd rəyləri və qərarların vaxtında verilməsi üzrə koordinasiyanı təmin etmək;
- Namizədlərlə peşəkar və vaxtında kommunikasiya qurmaq, müsbət namizəd təcrübəsini və şirkətin işəgötürən imicini dəstəkləmək;
- İşə qəbul prosesinin bütün mərhələlərində namizədlərin məlumatlarının məxfiliyini və şəxsi məlumatların müvafiq qaydada emalını təmin etmək;
- İşə qəbul üzrə məlumatları və hesabatları aparmaq; vakansiyaların bağlanma müddəti, mənbələrin effektivliyi, işə qəbul xərcləri və digər əsas göstəriciləri izləmək və təhlil etmək;
- İşə qəbul prosesləri, alətləri və namizəd mənbələrinin effektivliyini qiymətləndirmək, təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək və müvafiq təşəbbüsləri həyata keçirmək;
- İşə qəbul təkliflərinin əməkhaqqı diapazonları, təsdiq edilmiş ştat və büdcə çərçivələri ilə uyğunluğunu müvafiq İR və biznes tərəfləri ilə koordinasiya etmək.
Tələblər
- Ali təhsil: İnsan Resursları, Biznesin idarə edilməsi, Psixologiya və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi: İstedadların cəlb edilməsi və işə qəbul sahəsində minimum 5 il müvafiq iş təcrübəsi; aparıcı və ya müstəqil məsuliyyət daşıyan rolda təcrübə üstünlükdür;
- Mülki və sənaye inşaatı, neft və qaz layihələrində işə qəbul üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
- Texniki peşələr və mühəndislik rolları üzrə istedadların axtarışı və cəlb edilməsi sahəsində praktiki təcrübə mütləqdir; layihə və tikinti sahələrində çalışan işçi qüvvəsinin cəlb edilməsi təcrübəsi üstünlükdür;
- Mühəndislik, texniki ofis, planlaşdırma, smeta və xərclərə nəzarət, MEP, avtomatlaşdırma, SƏTƏM, keyfiyyət və digər texniki funksiyalar üzrə vakansiyaların bağlanması təcrübəsi üstünlükdür;
- İşə qəbul prosesinin tam dövrü üzrə (vakansiya sifarişinin dəqiqləşdirilməsindən təklifin təqdim edilməsinə və işə başlamanın koordinasiyasına qədər) təcrübə;
- Yüksək həcmli və paralel vakansiyalarla işləmək, müxtəlif səviyyəli rəhbərlər və layihə komandaları ilə əməkdaşlıq etmək bacarığı;
- İşə qəbul, istedadların cəlb edilməsi və ya İR sahəsi üzrə müvafiq peşəkar təlim və sertifikatların olması üstünlükdür;
- Azərbaycan dili – səlis, İngilis dili – orta-yuxarı səviyyədə (Upper-Intermediate).
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
PMD Projects MMC şirkətinin digər vakansiyaları
PMD Projects MMC vakansiyalarıPMD Projects MMC haqqında
- Aktiv vakansiya
- 2
- Son 6 ayda
- 22
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- HR meneceri
- insan resursları üzrə mütəxəssis
PMD Projects MMC vakansiyaları: hazırda GoJob-da 2 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən HR meneceri və insan resursları üzrə mütəxəssis vəzifələrinə işçi axtarır. Son 6 ayda PMD Projects MMC şirkətində iş üçün 22 vakansiya dərc olunub. PMD Projects MMC işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
PMD Projects MMC: bütün vakansiyalar (2)«İstedadların cəlb edilməsi üzrə aparıcı mütəxəssis» vakansiyası haqqında suallar
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.