İnsan Resursları üzrə Köməkçi
PMD Projects MMCBakıda insan resursları üzrə mütəxəssis vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
Orta maaş: 1 000 AZN
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 24 noyabr 2026
- Baxış
- 721
- Müraciət
- 50
- Son müraciət tarixi
- 24 dekabr 2026
- Kateqoriya
- İnsan Resursları
Vakansiya haqqında
PMD Projects MMC Bakıda insan resursları üzrə mütəxəssis axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.
Təsvir
- İşçilərin şəxsi məlumat bazalarının daim yenilənməsini və məlumatların düzgünlüyünün təmin edilməsində dəstək vermək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, sistemləşdirmək, saxlamaq və müvafiq dəyişikliklərin vaxtında şəxsi işlərdə əks etdirilməsini təmin etmək;
- İşçilərin şəxsi işləri üzrə sənədlərin tamlığını və düzgünlüyünü mütəmadi yoxlamaq;
- Əmək müqavilələri, əlavə razılaşmalar, əmrlər və digər kadr sənədlərinin hazırlanmasında iştirak etmək və sənədlərin əməkdaşlara imzalatdırılmasını təmin etmək;
- Əmək kitabçalarının qanunvericiliyin və şirkətin daxili prosedurlarının tələblərinə uyğun doldurulması və qeydiyyatını həyata keçirmək;
- Elektron Hökumət Portalında əmək münasibətləri ilə bağlı müvafiq bildirişlərin daxil edilməsini və məlumatların akntuallığının təmin edilməsini həyata keçirmək;
- Kadr sənədlərinin elektron və fiziki arxivinin düzgün aparılmasını və sənədlərin sistemləşdirilməsini təmin etmək;
- İşçilərin şəxsi məlumatlarında baş verən dəyişiklikləri (ünvan, telefon nömrəsi, bank məlumatları, ailə vəziyyəti və s.) vaxtında sistemlərdə və müvafiq sənədlərdə əks etdirmək.
- İşçilərin illik və digər məzuniyyətlərinin rəsmiləşdirilməsi, qeydiyyatı və müvafiq sənədlərin hazırlanmasını həyata keçirmək;
- Məzuniyyət qalıqları və istifadə edilmiş məzuniyyətlər üzrə məlumatların yenilənməsində iştirak etmək;
- İşə qəbul, vəzifə dəyişikliyi, struktur bölmələr üzrə dəyişiklik, xitam və digər işçi hərəkətləri ilə bağlı sənədləşməyə inzibati dəstək göstərmək;
- İşçilərin şəxsi sənədləri və əmək münasibətləri ilə bağlı sorğularını qəbul etmək və aidiyyəti üzrə yönləndirmək.
- Ehtiyac yarandıqda vakansiyalar üzrə iş müsahibələrinin təşkilində və namizədlərlə əlaqələndirmədə iştirak etmək;
- İşə qəbul prosesində tələb olunan sənədlərin toplanması və yoxlanılmasına dəstək olmaq;
- Yeni işçilərin işə qəbul və onboarding prosesində zəruri sənədlərin və inzibati məsələlərin koordinasiyasında iştirak etmək;
- Namizədlərin məlumat bazasını mütəmadi yeniləmək və məlumatların sistemləşdirilməsini təmin etmək;
- Vakansiyalar və namizədlər üzrə hesabatların hazırlanmasına inzibati dəstək göstərmək.
Tələblər
- Ali təhsil. Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
- İnsan Resursları sahəsində təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office, 1C;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyi barədə məlumatlı olmaq;
- Elektron Hökumət Portalı və əmək münasibətləri üzrə elektron sistemlərlə işləmə təcrübəsi;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
PMD Projects MMC şirkətinin digər vakansiyaları
PMD Projects MMC vakansiyalarıOxşar vakansiyalar
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıCoffeeLea, Bakı, Binəqədi
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıDövlət qurumu (İşğaldan azad olunmuş ərazi), Bakı
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıRifah Qrup, Bakı
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıTəhsil Texnologiyaları Mərkəzi, Bakı
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıAzərmemarlayihə Dövlət Baş Layihə İnstitutu, Bakı
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıModulX, Bakı, Yasamal
Bakıda insan resursları üzrə mütəxəssis vakansiyasıMan-G, Bakı
PMD Projects MMC haqqında
- Aktiv vakansiya
- 2
- Son 6 ayda
- 22
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- HR meneceri
- insan resursları üzrə mütəxəssis
PMD Projects MMC vakansiyaları: hazırda GoJob-da 2 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən HR meneceri və insan resursları üzrə mütəxəssis vəzifələrinə işçi axtarır. Son 6 ayda PMD Projects MMC şirkətində iş üçün 22 vakansiya dərc olunub. PMD Projects MMC işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
PMD Projects MMC: bütün vakansiyalar (2)«İnsan Resursları üzrə Köməkçi» vakansiyası haqqında suallar
Maaş nə qədərdir?
GoJob-da Bakıda insan resursları üzrə mütəxəssis vakansiyalarında orta maaş 1 000 AZN-dir (son 3 ayda 15 vakansiya). Vakansiyada maaş göstərilməyib; Bakıda insan resursları üzrə mütəxəssis vakansiyalarında adətən 800–1 350 AZN təklif olunur.
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.