Əsas məzmuna keç
GoJob

İstehsalat sexi üzrə işçi

Altent MMCBakıda istehsalat sexi üzrə işçi vakansiyası

Maaş: 600 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
14 oktyabr 2026
Son müraciət tarixi
13 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Altent MMC Bakıda «İstehsalat sexi üzrə işçi» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Tent, çətir və müxtəlif kölgəlik sistemlərinin istehsalı və quraşdırılması ilə məşğul olan ALTENT MMC şirkətinə işgüzar, məsuliyyətli və bacarıqlı əməkdaşlar axtarılır.

Namizədlərə tələblər:

  • Yaş həddi: 22–50 yaş
  • Fiziki işlərə uyğunluq və texniki işlərə bacarıq
  • Əl alətləri və elektrik avadanlıqları ilə işləmək bacarığı
  • İşinə məsuliyyətli, dürüst və dəqiq yanaşma
  • Komandada işləmək bacarığı
  • Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək

Aşağıdakı bacarıqlara malik namizədlərə üstünlük verilir:

  • Dəmir qaynaq işlərini bacaran
  • Drel, laqonda və digər elektrik alətlərindən istifadə etməyi bacaran
  • Metal konstruksiyaların hazırlanması və yığılması üzrə təcrübəsi olan
  • Avtomobil idarə etməyi bacaran (sürücülük vəsiqəsi olan)
  • İstehsalat və montaj sahəsində iş təcrübəsi olan
  • Tikiş aparatında işləmək bacarığı (şərti)

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – şənbə
  • İş saatları: 09:00–18:00
  • İstirahət günü: Bazar
  • Əməkhaqqı: 600 - 900 Azn
  • Ünvan - Binəqədi - Zəngəzurun arxası

Əlaqə: 055 / 050 312 26 16 - Ceyhun bəy

Qeyd - İşinə ciddi yanaşan, öyrənməyə həvəsli və uzunmüddətli əməkdaşlıq etmək istəyən namizədlərin müraciətləri gözlənilir.

Oxşar vakansiyalar