Əsas məzmuna keç
GoJob

İzolyasiya Mütəxəssisi (Mühəndis)

Bakıda izolyasiya mütəxəssisi vakansiyasıPro Con izo MMC

Maaş: 1.200 ₼-dən / ay

İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
10 oktyabr 2026
Son müraciət tarixi
9 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Pro Con izo MMC Bakının Nərimanov rayonunda «İzolyasiya Mütəxəssisi» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 1 200 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri

  • İzolyasiya işlərinin texniki tələblərə və layihə standartlarına uyğun təşkilinə nəzarət etmək;
  • İstilik, su, səs və digər izolyasiya sistemlərinin tətbiqinə rəhbərlik etmək;
  • İş həcmlərinin hesablanması və material tələbatının müəyyənləşdirilməsində iştirak etmək;
  • Texniki sənədləri oxumaq və tətbiq etmək;
  • Sahədə görülən işlərin keyfiyyətinə nəzarət etmək;
  • İşlərin icra qrafikinə uyğun aparılmasını təmin etmək;
  • Texniki hesabatların və görülmüş işlərə dair sənədlərin hazırlanmasında iştirak etmək;
  • Təhlükəsizlik qaydalarına və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək.

Namizədə tələblər

  • İzolyasiya sahəsində 3–5 il iş təcrübəsi;
  • Ali texniki təhsil;
  • İzolyasiya materialları və tətbiq texnologiyaları haqqında yaxşı bilik;
  • Texniki sənədləri oxuma bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı;
  • Sahə işlərinə uyğunlaşma və operativ qərarvermə bacarığı.

İş şəraiti

  • Əmək haqqı: 1200 AZN-dən başlayır (təcrübə və peşəkar bacarıqlara əsasən);
  • İş qrafiki: 6 günlük iş qrafiki;
  • İş yeri: N.Nərimanov rayonu, A.Aqarunov 3-9.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Pro Con izo MMC şirkətinin digər vakansiyaları

Pro Con izo MMC vakansiyaları