Əsas məzmuna keç
GoJob

Kataloq və Məhsul Məlumatlarının İdarə Edilməsi üzrə Mütəxəssis

İNEO GROUPBakıda kataloq və məhsul məlumatlarının idarə edilməsi üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Nəsimi
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
27 oktyabr 2026
Son müraciət tarixi
26 noyabr 2026

Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə vakansiyalar

Vakansiya haqqında

İNEO GROUP Bakının Nəsimi rayonunda «Kataloq və Məhsul Məlumatlarının İdarə Edilməsi üzrə Mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri:

  • Məhsul kataloqunun idarə edilməsi və mütəmadi yenilənməsi;
  • Məhsul adları, kodları, qiymətləri, təsvirləri və digər məlumatların yoxlanılması;
  • Məhsul şəkillərinin və məlumatlarının düzgün yerləşdirilməsinə nəzarət;
  • Kataloqda mövcud olan məlumatların dəqiqliyinin təmin edilməsi;
  • Məhsul məlumatlarının sistemləşdirilməsi və məlumat bazasının yenilənməsi;
  • Kontent üzrə əməkdaşlarla koordinasiyalı işləmək.

Namizədə tələblər:

  • MS Excel və kompüter bilikləri (excell və s.);
  • Shopify platforması üzrə ilkin biliklər;
  • Diqqətli, məsuliyyətli və sistemli işləmək bacarığı;
  • Məlumatlarla işləməyə maraq;
  • Öyrənməyə açıq olmaq və komandada işləmək bacarığı;
  • Müvafiq sahədə iş təcrübəsi arzuolunandır.

Üstünlükdür:

  • PrestaShop və Shopify ilə iş təcrübəsi;
  • Beauty, fashion, retail və ya uşaq məhsulları sahəsində təcrübə;

Biz nə təklif edirik?

  • E-commerce-in kommersiya effektivliyinə birbaşa məsuliyyət daşıyan vəzifə;
  • Yves Rocher, Mayoral və Jacadi beynəlxalq brendləri ilə işləmək;
  • Qərarların qəbul edilməsində yüksək səviyyədə müstəqillik;
  • Öz ideyalarınızı həyata keçirmək və onların kommersiya nəticəsini görmək imkanı;
  • AI və avtomatlaşdırmadan istifadə etməklə e-commerce sisteminin inkişafında iştirak;
  • Adaptasiya dövründə peşəkar dəstək;
  • E-commerce, CRO və Digital Commerce istiqamətində gələcək inkişaf imkanı.

İş şərtləri:

  • Əmək haqqı: 600–900 Azn (namizədin bilik və bacarıqlarına uyğun olaraq);
  • Rəsmiləşdirmə: Əmək Məcəlləsinə uyğun olaraq;
  • İş formatı: Ofis, 5/2;
  • İş qrafiki: 08:00–17:00.

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Kataloq və Məhsul Məlumatlarının İdarə Edilməsi üzrə Mütəxəssis” vəzifəsinin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

İNEO GROUP şirkətinin digər vakansiyaları

İNEO GROUP vakansiyaları