Əsas məzmuna keç
GoJob

Kateqoriya meneceri

Bakıda kateqoriya meneceri vakansiyasıSuperfon

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
16 iyun 2026
Son müraciət tarixi
12 iyul 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Superfon Bakıda kateqoriya meneceri axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə dair tələblər: 

  • Xanım namizəd;
  • Ali təhsil;
  • Kateqoriya menecmenti, satınalma, məhsul idarəetməsi və ya pərakəndə satış sahəsində minimum 2–3 il təcrübə;
  • Home Decor, mebel, ev aksesuarları, tekstil  sahəsində təcrübə tələbdir;
  • Güclü analitik və kommersiya düşüncəsi;
  • MS Excel üzrə yaxşı səviyyədə bilik;
  • Satış və maliyyə göstəricilərini analiz etmək bacarığı;
  • Təchizatçılarla effektiv danışıqlar aparmaq bacarığı;
  • Bazar və rəqib analizləri aparmaq bacarığı;
  • Planlaşdırma, prioritetləşdirmə və qərarvermə qabiliyyəti;
  • Yüksək məsuliyyətlilik və nəticəyönümlülük;
  • Komanda idarəetməsi və kommunikasiya bacarıqları.

Vəzifələr:

  • Home Decor kateqoriyası üzrə kateqoriya strategiyasının hazırlanması və icrası;
  • Məhsul portfelinin formalaşdırılması, çeşidin optimallaşdırılması və məhsul həyat dövrünün idarə edilməsi;
  • Satış, dövriyyə, marja, stok və digər əsas KPI göstəricilərinin təhlili;
  • Satış nəticələrinin artırılması və kateqoriyanın gəlirliliyinin yüksəldilməsi;
  • Bazar, müştəri davranışı və rəqib analizlərinin aparılması;
  • Yeni və trend məhsulların araşdırılması, seçilməsi və portfelə daxil edilməsi;
  • Təchizatçılarla kommersiya danışıqlarının aparılması;
  • Qiymət strategiyasının hazırlanması və rəqib qiymətlərinin monitorinqi;
  • Stok səviyyələrinin optimallaşdırılması və məhsul çatışmazlığının qarşısının alınması;
  • Mövsümi kampaniyalar, endirimlər və promo fəaliyyətlərin planlaşdırılması;
  • Məhsulların satış potensialının və rentabelliyinin qiymətləndirilməsi;
  • Təchizat, logistika, marketinq, satış və mağaza komandaları ilə koordinasiyalı iş;
  • Aylıq və rüblük satış proqnozlarının hazırlanması;
  • Rəhbərliyə kateqoriya üzrə analitik hesabatların və inkişaf təkliflərinin təqdim edilməsi.

Şirkət tərəfindən:

  • Rəqabətli əmək haqqı;
  • Bonus və KPI sistemi;
  • Peşəkar inkişaf imkanları;
  • Karyera yüksəlişi;
  • Dinamik və peşəkar iş mühiti.

İş şəraiti

  • İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
  • İş rejimi: Tam iş günü
  • Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.

Əlaqə - 0512015595

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Superfon şirkətinin digər vakansiyaları

Superfon vakansiyaları