Əsas məzmuna keç
GoJob

Monitorinq üzrə kiçik mütəxəssis

SuperfonBakıda monitorinq üzrə mütəxəssis vakansiyası

Maaş: 600 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
7 sentyabr 2026
Son müraciət tarixi
7 oktyabr 2026
Kateqoriya
Hüquq

Bakı şəhərində Hüquq üzrə vakansiyalar

Vakansiya haqqında

Superfon Bakıda «Monitorinq üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə dair tələblər: 

  • İqtisadiyyat və ya maliyyə ixtisasları üzrə ali təhsil;
  • Analitik düşünmə, məlumatları təhlil etmə və riyazi hesablamalar aparmaq bacarığı;
  • MS Office proqramları, xüsusilə MS Excel üzrə biliklər;
  • Dəqiqlik, diqqətlilik və yüksək məsuliyyət hissi;
  • Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Şəxsi avtomobilin olması mütləqdir;
  • Ezamiyyətlərə və filiallara mütəmadi səfərlərə hazır olmaq.

Vəzifələr:

  • Filialların borc portfelini təhlil etmək, riskləri və şübhəli halları müəyyənləşdirmək;
  • Filiallara yerində monitorinq səfərləri həyata keçirmək;
  • Monitorinq nəticələri əsasında ətraflı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Zərurət yarandıqda mövcud müştərilərin növbədənkənar yoxlanışını həyata keçirmək;
  • Aşkarlanmış uyğunsuzluqlar və risklər barədə rəhbərliyə məlumat vermək.
  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün icra etmək.

Şirkət tərəfindən:

  • Peşəkar inkişaf və öyrənmə imkanı;
  • Karyera yüksəlişi;
  • Peşəkar və dinamik iş mühiti;
  • Əmək müqaviləsi;

İş şəraiti

  • İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
  • İş rejimi: Tam iş günü
  • Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Superfon şirkətinin digər vakansiyaları

Superfon vakansiyaları